2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Etirazçılar ‘Xameneyiyə ölüm’ şüarları səsləndirdilər (Video)

Mayın 31-də İranın cənubundakı Abadan şəhərində binanın uçmasına görə etiraz edənlər yenidən küçələrə çıxıblar

Saytların yığılması Saytlarin yigilmasi

Mayın 31-də İranın cənubundakı Abadan şəhərində binanın uçmasına görə etiraz edənlər yenidən küçələrə çıxıblar.

Son məlumata görə xarabalıqların altından hələ də meyitlər çıxarılır və ölənlərin sayı 34-ə yüksəlib.

Xəbər verilir ki, etirazçılar antihökumət şüarları, o cümlədən “Xameneyiyə ölüm!” şüarı səsləndirirdilər.

Metropol adlı 10 mərtəbəli binanın bir blokunun uçması son illərdə İranda baş vermiş ən böyük bədbəxt hadisələrdən biri sayılır.

Mayın 23-də baş vermiş hadisədən sonra səkkiz gün ərzində etirazlar səngimək bilmir.

Müşahidəçilər deyirlər ki, onsuz da ərzaq qiymətlərinin kəskin bahalaşmasına görə ölkədə gərgin vəziyyət hökm sürür.

Mayın 31-də binanın xarabalıqları altından daha bir meyit çıxarılıb.

Endemik korrupsiya ittihamı

Binanın uçnası nəticəsində 37 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Xilasedicilərin təxminlərinıə görə xarabalıqlar altında hələ də 25 nəfər qalıb.

Hakimiyyət orqanları hadisəyə görə inşaatçıları günahlandırır, korrupsiyaya yol verildiyini və tikinti standartlarına əməl olunmadığını bildirir.

İndiyədək bu hadisə ilə əlaqədar 13 nəfərin həbs olunduğu bildirilir.

Lakin etirazçılar deyirlər ki, ölkədə korrupsiya endemik hal alıb və hadisə hökumətin səhlənkarlığına görə baş verib.

Sosial media platformalarında yayılan videolarda etirazçılardan bəzilərinin “Xameneyiyə ölüm!” şüarı qışqırdıqları eşidilir.

Abadan şəhəri əhalisinin əksəriyyəti ərəb olan Xuzistan ostanında yerləşir.

24 saat” “
Etirazçılar ‘Xameneyiyə ölüm’ şüarları səsləndirdilər (Video)
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button