Bizim tərcüməDünya

Europol açıqladı! Cinayət təşkilatlarına qarşı əməliyyatlar: 382 həbs

Europoldan verilən yazılı açıqlamada, Eurojust, Frontex və INTERPOL-un dəstəyi ilə Aİ-yə üzv 28 ölkənin təhlükəsizlik qüvvələrinin dəstəyi ilə həyata keçirilən əməliyyatlarda 16 min personalın iştirak etdiyi bildirilib.

Bildirilib ki, 382 nəfərdən 159-u miqrant qaçaqmalçılığına, 112-si narkotik vasitələrin qanunsuz dövriyyəsinə, 38-i silah qaçaqmalçılığına, 2-si insan alverinə, 71-i isə digər cinayətlərə görə saxlanılıb.

Əməliyyatlar çərçivəsində 32 min 665 avtomobil və 998 yerdə axtarış aparılıb, 75 min nəfərin şəxsiyyəti yoxlanılıb, təxminən 2 ton narkotik maddə, 5 min 402 marixuana bitkisinin kökü və çoxlu sayda odlu silah müsadirə edilib.

Europol bu əməliyyatlar nəticəsində 130 yeni araşdırmanın açıldığını bildirib. (AA)

Tərcümə“24 SAAT”

Gözdən qaçırmayın:  Rusiya prezidenti Putindən müharibə ilə bağlı tənqidi sözlər! “Rusiyanı zəiflətmək və məhv etmək istəyirlər”

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button