2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

“Eurovision 2016” başladı

Stokholmda “Qloben Arena”da “Eurovision 2016” müsabiqəsinin ilk yarımfinal mərhələsi başlayıb. ANS PRESS-in məlumatına görə, mahnı müsabiqəsində 18 ölkənin təmsilçisi səhnəyə çıxacaq.

Ənənəyə uyğun olaraq “Eurovision-2016” şousunun aparıcıları Petra Mede və ötən il qalib olmuş Mans Zelmerlov tamaşaçıları salamlayıblar.

Səmra Rəhimli

Saytların yığılması Saytlarin yigilmasi

“Bir araya gələk” devizi altında keçirilən 61-ci “Eurovision” mahnı müsabiqəsində Finlandiya, Yunanıstan, Moldova, Macarıstan, Xorvatiya, Niderland Krallığı, Azərbaycan, San Marino, Rusiya, Çexiya, Kipr, Avstriya, Estoniya, Ermənistan, Monteneqro, İslandiya, Bosniya və Herseqovina, Malta təmsilçiləri performanslarını təqdim edəcəklər. Azərbaycan təmsilçisi Səmra Rəhimli yarımfinalda 14-cü sırada çıxış edəcək.

Səsvermə üçün ayrılmış vaxtda səhnədə müsabiqənin təşkilatçıları tərəfindən hazırlanmış şou nümayiş olunacaq. Sonra səsvermənin nəticələri elan ediləcək. Birinci yarımfinaldan dərhal sonra finala vəsiqə qazanmış 10 ölkə təmsilçisinin iştirakı ilə mətbuat konfransı keçiriləcək.

“Eurovision 20 16 ” nın ikinci yarımfinalı mayın 12 – də baş tutacaq. 2-ci yarımfinal mayın 12- si saat 23:00-da, final isə mayın 14- ü saat 23:00 – da yayımlanacaq.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button