2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

“Eurovision-2016”-nın ikinci yarımfinalı başladı

Stokholmun “Globe” arenasında “Eurovision-2016” mahnı müsabiqəsinin ikinci yarımfinalı başlayıb.

Virtualaz.org xatırladır ki, ikinci yarımfinal mərhələsində 18 ölkə finala keçmək uğrunda yarışır. Yarımfinalda Latviya, Polşa, İsveçrə, İsrail, Belarus, Serbiya, İrlandiya, Makedoniya, Litva, Avstraliya, Sloveniya, Bolqarıstan, Danimarka, Ukrayna, Norveç, Gürcüstan, Albaniya və Belçikanın nümayəndələri çıxış edirlər. Çıxışlardan sonra keçiriləcək 15 dəqiqəlik səsvermənin nəticələrinə əsasən, finala daha çox səs toplamış 10 ölkə vəsiqə qazanacaq.

Beləliklə, mayın 14-də keçiriləcək final mərhələsinin bütün iştirakçıları məlum olacaq. Finala vəsiqə qazanmış təmsilçilər canlı şoudan sonra mətbuat konfransı keçirəcək. Bu mətbuat konfransında püşkatma nəticəsində finala keçən ölkələrin mayın 14-də çıxış ardıcıllığı müəyyən olunacaq. Onu da xatırladaq ki, Azərbaycanı “Eurovision-2016” mahnı müsabiqəsində “Miracle” mahnısı ilə təmsil edən Səmra Rəhimli mayın 10-da birinci yarımfinalda çıxış edərək finala vəsiqə qazanıb.

Saytların yığılması Saytlarin yigilmasi

Azərbaycan təmsilçisi “Eurovision” finalının birinci hissəsində çıxış edəcək.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button