2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

“Eurovision 2022”nin qalibi festivalda iştirakdan imtina edib

Yayımlandı: 10 Avqust 2022 15:56

Qrup rusiyalı DJ-in kənarlaşdırılmasını istəyir

“Eurovision 2022” müsabiqəsinin qalibi olmuş Ukraynanın “Kaluş Orkestri” qrupu Monteneqroda keçirilən “Sea Dance Festival”da iştirakdan imtina edib.

Saytların yığılması Saytlarin yigilmasi

Qrup bu qərarı konsert siyahısında rusiyalı DJ-in olduğunu görəndən sonra verib.

Solist Oleq Pasyuk bildirib ki, onlar festival təşkilatçılarından DJ Nina Kravitsi proqramdan kənarlaşdırmağı tələb ediblər.

“Bir aydan sonra festivalda çıxışımız olacaq. Təşkilatçıya etirazımızı yazmışıq. Əgər rusiyalı DJ proqramdan kənarlaşdırılmasa, orada çıxış etməyəcəyik”, – Pasyuk deyib.

Festival təşkilatçılarının hansı qərarı verəcəyi hələlik məlum deyil.

2022-ci il fevralın 24-də Rusiya Ukraynada hərbi əməliyyatlara başlayıb.

Buna görə də Avropa Yayım Birliyi tərəfindən “Eurovision 2022” mahnı müsabiqəsindən uzaqlaşdırılıb.

2022-ci il mayın 10-dan 14-dək İtaliyanın Turin şəhərində “Eurovision 2022” Beynəlxalq Musiqi Müsabiqəsi keçirilib.

Ümumilikdə 25 ölkənin iştirak etdiyi yarışmanın final mərhələsində 631 səslə Ukrayna (“Kalush Orchestra” – “Stefania”) qalib olub.

Böyük Britaniya (Sam Ryder – “Space Man”) ikinci, İspaniya isə (Chanel – “SloMo”) üçüncü olub.

Avropa Yayım Birliyi iyulun 25-də məlumat yayaraq bildirib ki, Ukrayna “Eurovision-2022” Mahnı Müsabiqəsinin qalib olsa da, yarışmaya gələn il ev sahibliyini Böyük Britaniya edəcək.

Qeyd olunub ki, hazırkı müharibə şəraiti ilə əlaqədar yarışmanın Ukraynada keçirilməsi təhlükəsizlik tələblərinə cavab vermir.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button