2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

“Eurovision 2023” müsabiqəsinin Britaniyada keçirilməsinə etiraz

Oleh Psyuk: “Qərarın dəyişəcəyinə ümid edirik”

“Kaluş Orkestri”nin solisti Oleh Psyuk “Eurovision 2023” mahnı müsabiqəsinin Ukraynada deyil, Böyük Britaniyada keçirilməsinə etiraz edib.

Saytların yığılması Saytlarin yigilmasi

İfaçı Avropa Yayım Birliyinin iyunun 17-də verdiyi qərarın doğru olmadığını deyib.

“Qərarın dəyişəcəyinə ümid edirik. Çünki biz “Eurovision”u Ukraynada keçirməyi çox istəyirik. Əminəm ki, Ukrayna Silahlı Qüvvələri müsabiqənin təhlükəsiz keçirilməsi üçün çalışacaq. Ona görə də Avropa Yayım Birliyindən bizə bir az vaxt verməyi xahiş edirik. Bizə zaman versələr, yarışmanın uğurla keçiriləcəyini sübut edərik”, – Oleh Psyuk söyləyib.

İyunun 17-də Avropa Yayım Birliyi Ukraynanın “Eurovision 2023” Mahnı Müsabiqəsinə ev sahibliyi etməyəcəyini dair bəyanat yayıb.

Qeyd olunub ki, müsabiqənin hazırlıq mərhələsi 12 ayı əhatə edir.

Hazırda isə Ukraynada müharibə davam edir. Belə bir vəziyyətdə insanların təhlükəsizliyini təmin etmək çətindir.

Avropa Yayım Birliyi mövcud şəraiti nəzərə alaraq, müsabiqənin 2023-cü ildə müsabiqənin ikincisi olmuş Böyük Britaniyada keçirilməsinə qərar verib.

Daha öncə Ukrayna Prezident Ofisi başçısının müavini Kirill Timoşenko ölkənin 2023-cü ildə “Eurovision” mahnı müsabiqəsinə ev sahibliyi etmək üçün hazırlıqlara başladığını bildirmişdi.

Onun sözlərinə görə, Ukrayna hakimiyyəti və Avropa Yayım Birliyi üçün prioritet məsələ mahnı müsabiqəsinin təhlükəsizliyidir, ona görə də hazırlıq işlərinə Ukrayna Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyi cəlb olunub.

Böyük Britaniyanın baş naziri Boris Conson isə deyib ki, “Eurovision 2023” müsabiqəsi mütləq Ukraynada keçirilməlidir.

“Düzdür, “Eurovision”da ölkəmiz çox yaxşı təmsil olunub və ikinci yeri tutub. Lakin Ukraynanın birinci yeri tutması faktdır. Ukrayna müsabiqəyə ev sahibliyi edə bilər və etməlidir. Qarşıda bir il var. Ukraynada sülhün bərqərar olacağına inanıram”, – Baş nazir bildirib.

2022-ci il fevralın 24-də Rusiya Ukraynada hərbi əməliyyatlara başlayıb.

Buna görə də Avropa Yayım Birliyi tərəfindən “Eurovision 2022” mahnı müsabiqəsindən uzaqlaşdırılıb.

2022-ci il mayın 10-dan 14-dək İtaliyanın Turin şəhərində “Eurovision 2022” Beynəlxalq Musiqi Müsabiqəsi keçirilib.

Ümumilikdə 25 ölkənin iştirak etdiyi yarışmanın final mərhələsində 631 səslə Ukrayna (“Kalush Orchestra” – “Stefania”) qalib olub.

Böyük Britaniya (Sam Ryder – “Space Man”) ikinci, İspaniya isə (Chanel – “SloMo”) üçüncü olub.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button