Eurovision-dan açıqlama: Pərdə arxasında nə baş verdi?
class=”mediyanet-inline-adv”>
“Eurovision”a qatılan bəzi iştirakçılar mətbuata açıqlama verərək, pərdəarxası neqativ atmosferdən şikayətlənərək, bu məsələ ilə bağlı mətbuata açıqlamalar veriblər. EBU məsələ ilə bağlı dünən Britaniyanın üç media orqanına press-reliz göndərib və aşağıdakı bəyanatları daxil edib:
“Təəssüf edirik ki, Malmödə keçirilən Eurovision Mahnı Müsabiqəsində bəzi nümayəndə heyətləri həm meydançada, həm də yayım zamanı müsabiqənin qaydalarına və ruhuna hörmət etmədilər.
Tədbir zamanı diqqətimizə çatdırılan müxtəlif məsələlərlə bağlı bir sıra nümayəndə heyətləri ilə görüşdük. EBU-nun rəhbər orqanları, nümayəndə heyətlərinin başçıları ilə birlikdə, müsbət istiqamətdə irəliləmək və tədbirin dəyərlərinə hamı tərəfindən hörmət edilməsini təmin etmək üçün Malmödəki ESC ilə bağlı hadisələri nəzərdən keçirəcək.
class=”mediyanet-inline-adv”>
“Avroviziya Mahnı Müsabiqəsi Referans Qrupu, tədbirin rəhbər orqanı olan və iştirakçı yayımçıların nümayəndələrindən ibarət növbəti iclasında fərdi hallar müzakirə olunacaq”.
NƏ OLDU?
İsrailin müsabiqədə iştirakı Qəzza hücumlarına görə tənqid hədəfi olub və yarışdan əvvəl Malmödə Fələstin tərəfdarı etiraz yürüşləri keçirilib. İsraili təmsil edən sənətçi Eden Qolan yarışma zamanı etiraz əlaməti olaraq yuhalanıb, həm də dəstək olaraq alqışlanıb. Yarışmada İrlandiyanı təmsil edən Bambie Thug adlı iştirakçı mətbuata açıqlamalarında Fələstini açıq şəkildə dəstəkləyib və Fələstinli keffiye geyinib. Hollandiyanı təmsil edən Joost Klein, prodüser qrupundan bir qadınla baş verən insidentdən sonra EBU tərəfindən polisə məlumat verilib və müsabiqədən kənarlaşdırılıb.
2024-05-14 14:48:07
Tərcümə“24 SAAT”