2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

“Eurovision”da Azərbaycana sıfır xal verən ölkələr – SİYAHI

Xəbər verdiyimiz kimi, dünyanın ən böyük musiqi yarışması “Eurovision”ın 62-ci mövsümü Ukraynanın paytaxtı Kiyev şəhərində baş tutub.

24saa.org Qafqazinfo-ya istinadla xəbər verir ki, təmsilçimiz Diana Hacıyevanın (Dihaj) çıxışını cəmi 17 ölkə (münsif və tamaşaçı səsverməsi daxil) bəyənib.

Formata uyğun olaraq münsiflərin verdiyi ballar elan edilib, lakin tamaşaçı səsverməsi gizli keçirilib. Açıqlanan siyahıdan məlum olur ki, Dihajın ifasını yalnız gürcülər bəyənib. Belə ki, gürcü jürilər ona 10, tamaşaçı isə 12 bal verib.

Saytların yığılması Saytlarin yigilmasi

Səsvermənin nəticələri:
Portuqaliya: Münsiflər – 12/ Tamaşaçı səsverməsi – 0
Bolqarıstan: Münsiflər – 5/ Tamaşaçı səsverməsi – 0
Belçika: Münsiflər – 4/ Tamaşaçı səsverməsi – 0
Moldova: Münsiflər – 5/ Tamaşaçı səsverməsi – 10
İtaliya: Münsiflər – 12/ Tamaşaçı səsverməsi – 0
Macarıstan: Münsiflər – 4/ Tamaşaçı səsverməsi – 0
Yunanıstan: Münsiflər – 10/ Tamaşaçı səsverməsi – 0
Kipr: Münsiflər – 1/ Tamaşaçı səsverməsi – 0
Polşa: Münsiflər – 1/ Tamaşaçı səsverməsi – 0
Ukrayna: Münsiflər – 6/ Tamaşaçı səsverməsi – 0
Albaniya: Münsiflər – 2/ Tamaşaçı səsverməsi – 0
Çexiya: Münsiflər – 0/ Tamaşaçı səsverməsi – 10
Gürcüstan: Münsiflər – 10/ Tamaşaçı səsverməsi – 12
İrlandiya: Münsiflər – 1/ Tamaşaçı səsverməsi – 0
Monteneqro: Münsiflər – 0/ Tamaşaçı səsverməsi – 5
Sloveniya: Münsiflər – 0/ Tamaşaçı səsverməsi – 4
San Marino: Münsiflər – 5/ Tamaşaçı səsverməsi – 1

Yarışmada iştirak edən 29 ölkə isə Dihajın ifasını bəyənməyib, sıfır bal yollayıb. Buna Azərbaycanın daim yüksək bal verən Malta, Belarus, Xorvatiya, Serbiya və s. ölkələr daxildir.

Xatırladaq ki, Azərbaycan 8 balı Portuqaliyaya, 10 balı Moldovaya, 12 balı isə Belarusa verib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button