2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
GündəmManşetXəbərlər

Ev alan jurnalistlərdən hakim partiyaya ETİRAZ

” Əvvəlcə dövlətə və Prezidentə olan borcunuzu bir zəhmət sizlər ödəyin”

Milli Məclisin fevralın 1-də keçirilən iclasında deputat Siyavuş Novruzovun hakimiyytdən ev alan jurnalistləri “mübarizəyə” səsləməsi birmənalı qarşılanmayıb.

Siyavuş Novruzov parlamentdə deyib: “Pezident İlham Əliyev mətbuata böyük diqqət göstərir, jurnalistlərə ev verilir, qəzetlərə maliyyə yardımı edilir. Onlar da öz fikirlərini bildirməlidir ki, təhqir etmək olmaz. Onlar da mətbuatda təhqir yazanlara qarşı mübarizə aparmalıdır”.

Az24saat.org xəbər verir ki, Siyavuş Novruzovun bu çağırışı ev alan jurnalistlərin bəzilərinin narazılığına səbəb olub.

Saytların yığılması Saytlarin yigilmasi

“Səyavuşdu da danışır özüyçün”

Məsələn, KİVDF sədri Vüqar Səfərlinin “Movqe” qəzetində çalışan Zülfiyyə Quliyeva bu mövzuda yazılmış statusların birinə belə rəylər yazıb:

“…Mənə də ev verilib, amma heç kəsə cavab verən deyiləm. Bunu şəxsən məndən işdə tələb edən də yoxdu”

“Mənim heç vecimə də deyil sağlığına. Səyavuşdu da danışır özüyçün”


“Bizdə kiməsə yarınıb ev almamışıq. Nədə ki, indi buna görə əziyyət çəkmək fikrimiz yoxdu. Ona görə də Səyavuşun tırkasına gedib ümumi yazmaq lazım deyildi”.

“Vallah mən indiyə qədər bir dəfə də olsun Səyavuşun dediyi mübarizə üsuluna qoşulmaq məqsədilə klaviatura döyəcləməmişəm. Əslində Səyavuş bunu deməklə ona siyasətçi deyənləri utandırdı. Normalda siyasətdən az-çox başı çıxan adam belə ifadə işlətməməliydi”.

“Mənim evindən Səyavuş Novruzova nə?!.. “


Ev alan jurnalistlərdən olan Jalə Mütəllimova da etirazını musavat.com saytındakı yazısında bildirib:

Dünəndən tüstüm təpəmdən çıxır. “Jurnalistlərə ev verilib, Orduxana cavab versinlər”, deyir YAP yetkilisi, deputat Səyavuş Novruzov. Bunu tək o demir. Bizə bu evə görə çoxu çox söz dedi. Bir onu anlaya bilmirəm ki, mənim evindən Səyavuş Novruzova nə?!..

Adama ömründə bir dəfə sual da verməmişəm ki, dövlətin və Prezidentin sənə qazandırdıqlarının qarşısında hansı işi görmüsünüz müəllim?

Qaldı bu fikirləri səsləndirən digər deputat və məmur “ordusuna”. Hə qardaşlar, yaxın oturun sizə sözüm var:Sizin dövlətdən oğurladığınız, yediyiniz, qazandığınız, ört-basdır edilən cinayətləriniz, övladlarınızın məlum əməlləri, fırıldaqlarınız, ədalətsizlikləriniz, insanlara divan tutmaqlığınız olmasaydı, indi bu durum yaranmazdı. Heç orduxanlar da olmazdı. Əvvəlcə dövlətə və Prezidentə olan borcunuzu bir zəhmət sizlər ödəyin. Onsuz da bircə ovuc qalan media adamları dövlətinin də, onun siyasi siması olan indiki Prezidentin də, proseslərin də bacardıqıları qədər təəssübündədir. Öz dərdinizi çəkin, balanslı canınıza nəhayət ki, bir azca əziyyət verin. Qazandıqlarınızın qarşılığında nəsə edin, mərd olun. Ölkənin gerçək media adamları, satılmayan, oğru olmayan, cibgirlik bacarmayan, dövlət, vətən, vətəndaş sevgisi olan jurnalistlər onsuz da ağılları kəsəndən cibləri boş, dövlət deyə-dəyə qocalıblar..

Söyməyə gəlincə, ümumiyyətlə, bu normal insan işi deyil? Yox əgər soymək istəyirsə, qoy Səyavuş Novruzov özü söysün. Nə də olsa mənim etdiklərim sevgidən və sayğıdan olub. Maddi olaraq hər hansı qarşılıq görməmişəm və istəməmişəm. Amma elə Səyavuş Novruzov daxil, yüzlərlə “dövlət adamı” var ki, addımına görə də ödəniş alıb dövlətdən. O üzdən əslində “söy ki, söyənsən” layihəsinə start vermək gərəkdirsə, bunu birinci parlamentdə Novruzov tipli deputatlar edə gərək. Hadi bismillah, görək sizləri də, bircə dəfə ağzınız açıb elə danışasınız ki, sizi Orduxan yox, ictimai rəy söyməsin, alqışlasın.

Bu dövlətin bir problemi də elə sizlərsiniz, vəziyyət yaranada ağzınızın açılmasındansa, açlmaması məsləhət olan adamlar…”

“Axırıncı sözdən sonra isə heç vaxt çox istəmiyəcəm”

Avtosfer.az saytının rəhbəri, ev alan jurnalistlərdən biri Elməddin Muradlı isə məsələyə belə münasibət bildirib:

“Mən əvvəl Siyavuş Novruzovu çox istəyirdim. Amma bulvarda mürəbbənin qiyməti bahalaşandan sonra çox istəmirəm. Axırıncı sözdən sonra isə heç vaxt çox istəmiyəcəm🙃 “

Ev alan jurnalistlərin bir neçəsi isə əvvəlcə Siyavuş Novruzova etiraz edən status yazsalar da, sonradan yazdıqlarını pozublar. Bəlkə də pozmağa məcbur olublar. Yaxud məcbur ediliblər…

Maraqlı xəbərlər üçün  Az24saat.org saytının  FACEBOOK səhifəsini izləyin

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button