2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Ulduz falı

Evdə qalmış bürclər – Onlar nikah masasından niyə qaçırlar?

Müəyyən bir yaş həddinə çatdıqdan sonra kişilər, daha çox isə qadınlar üzərində ailə və çevrə basqısı artmağa başlayır. Xüsusən də, evlənmək məsələsində. Onlara yarı ciddi, yarı zarafat “evdə qalmış” da deyirlər.

Lakin cəmiyyətdən asılı olaraq müəyyən yaş həddini keçmiş şəxslərin evlənməmək üçün fərqli səbəbləri olur. Bu səbəb fərqləri bürclərə görə də dəyişir.

Saytların yığılması Saytlarin yigilmasi

24saat bizim.media-ya istinadən evlənməkdən qaçan şəxslərin bürclərə görə səbəblərini təqdim edir.
 

Balıq, xərçəng və əqrəb həyatının sevgisini gözləyir.

Bəzi insanlar var ki, onlar üçün yeganə şərt sevgidir. Bu şəxslər həyatının yeganə sevgisi olacaq şəxslə evlənməyi arzulayır, əks təqdirdə nikah masasından qaçırlar. Romantik balıqlar, emosional xərçənglər və ehtiraslı əqrəblər bu qəbildəndir.
 

İş və prinsiplərini ön planda saxlayan qızlar və oğlaqlar.

Qızlar üçün prinsipləri ön plandadır. Onlar həm də mükəmməliyyətçidirlər, hər şeyin ən yaxşısını istəyirlər. Bunun üçün evlilik variantlarını dəyərləndirərkən də prinsip və maksimalistliklərini ön planda saxlayırlar. Nəticədə ideal tərəfdaşı tapmaq onların illərini alır.

Oğlaqlar üçün də prinsipləri, eyni zamanda karyeraları ön plandadır. Əgər evləndikləri şəxsin karyeralarına ən kiçik maneə yaradacağını düşünsələr evlilikdən imtina edirlər.

Bağlanmaqdan qorxan dolça və oxatanlar.

Məsuliyyət götürmək, azadlığının məhdudlaşması düşüncəsi həm dolçalar, həm də oxatanlarüçün qorxunc kabus kimidir. Bu səbəbdəndir ki, oxatan və dolçalar evliliyə də “həbsxana” həyatı kimi baxırlar. Əgər onların tərəfdaşlarının həyatlarını məhdudlaşdıracağı ehtimalını hiss etsələr, dərhal nikahdan qaçacaqlar.

“Subaylıq sultanlıqdır” deyən əkizlər

Yaşları 30-u keçsə belə əkizlər özlərini gənc hiss edirlər. Onlar fərqli əyləncələr axtarır, yeni-yeni tanışlıqlar, macəralar axtarırlar. Əkizlər heç vaxt əyləncədən doymurlar. Digər tərəfdən, bu bürcün nümayəndələri qərarsızdırlar, hətta evlənməyə qərar versələr belə, bir gün sonra evlilikdən boyun qaçıra bilərlər. 

24saat

Ulduz falı

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button