2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Evi sökülən sakin: “Bizi aldadıblar”

“Biz onlara inandıq, insaniyyətlik etdik”, bu sözləri Yasamal rayonu Hüseyn Cavid prospekti 72 ünvanındakı evi sökülən Rafiq Həsənov söküntüdə ittiham etdiyi şirkət barədə deyir.

Həsənov deyir ki, bazar ertəsi axşam saatlarında onun və ailəsinin yaşadığı ev “Olympus Park adlanan özəl tikinti şirkəti tərəfindən zorla sökülüb”.

Saytların yığılması Saytlarin yigilmasi

Onların evinin yanında məhz bu şirkət tərəfindən hündürmərtəbəli bina tikilir.

Bu ərazidə yaşayan digər sakinlər deyir ki, tikinti başlayandan buradan 30-40 ailə artıq köçürülüb.

Qalanların əksəriyyəti şirkətin fəaliyyətindən və işçilərinin davranışlarından narazıdır.

Şirkətdən BBC Azərbaycancaya bildiriblər ki, ərazidə göydələnlər tikildiyi üçün sakinlərin yaşadığı evlərin yerində də tikinti davam etdirilməlidir.

Həm şirkət, həm də Yasamal Rayon İcra Hakimiyyəti ərazidə aparılan işlərin “qanuni” olduğunu bildirirlər.

“Elektroşok hücumu”

Bazar ertəsi axşam saatlarında baş verən hadisədə isə Həsənovlar ailəsinin yaşadığı ev sökülüb. Sakinlər deyirlər buna mane olmaq üçün yolu bağlayıblar.

Amma cəhdlər nəticəsiz olub.

Rafiq Həsənov BBC Azərbaycancaya deyir ki, onlar hələ də bu evdə yaşayırmışlar. Onlar söküntünün 24 apreldə baş tutacağından xəbərsiz olublar.

Müsahibimiz deyir ki, evlərinin ümumi sahəsi 260 kvadrat metrdir və bu rəqəm öz əksini evin “kupçasında” tapıb. Bundan əlavə evə girişdə 50 kvadrat metrlik dalan da mövcuddur.

Onun sözlərinə görə, əvvəlcə ailə ilə şirkət arasında razılaşma olub və həmin ərazidə yaşayan və hərəsi 90 kvadrat metrlik evə sahib olan qardaşlarına kompensasiya ödənilib.

Rafiq deyir ki, kompensasiya məbləği kvadrat metr üçün 3 min manat hesablanıb.

Ərazidə qalan digər Həsənovlar şirkətdən onlara, qalan 80 kvadrat metr üçün və 50 kvadrat metrlik dalan üçün kompensasiyanın ödənilməsini gözləməyə başlayıblar.

Lakin bu baş verməyib və nəticədə ev sökülüb.

İndi Rafiq Həsənov iddia edir ki, şirkət müqavilə imzalanarkən onun atasını “aldadıb”.

“Müqavilədə 260 kv metr əvəzinə 200 kv metr yazılıb. Atam da inanıb evin kupçasını onlara verib. Aldadıblar bizi. İndi də sökdülər ki, pulunuzu vermişik”, o izah edir.

O deyir ki evi sökməyə gələnlər mülki geyimli şirkət işçiləri olub və ailə üzvlərinə qarşı “zor tətbiq ediblər”.

“Biz bilmədik dünən gələcəklərini. Gəldilər, qardaşımla mənə elektroşok verdilər”, o deyir.

Şirkət nə deyir?

Olympus Park şirkəti isə BBC Azərbaycancaya bu iddiaları təkzib edib.

Şirkət nümayəndəsi deyir ki, evlə bağlı hər iki tərəf, yəni həm şirkət, həm də ailə arasında razılıq əldə edilib və bu razılığa əsasən müqavilə imzalanıb və ödəniş edilib.

Qurum bildirir ki, onlar ərazinin kvadrat metrini azaltmayıblar.

“Müqaviləni oxuyaraq imzalayırlar. Əgər şəxs narazı olsaydı, imzalamazdı”, onlar bildirir.

Elektroşok cihazları ilə bağlı isə şirkət nümayəndəsi, “bizim işçilərdə elə alət yoxdur” deyə şərh verib.

Şirkət onu da qeyd edib ki, bazar ertəsi baş verən hadisədə heç bir “qanunsuz addım atılmayıb və söküntünün olacağı barədə bütün qurumlar məlumatlandırılıb.

“Qanun çərçivəsində”

Yasamal Rayon İcra Hakimiyyəti də bildirir ki, baş verən hadisələr “qanun çərçivəsində” olub.

Qurum nümayəndəsinin sözlərinə görə, Olympus Park tikinti şirkəti Həsənovlar ailəsi ilə “çoxdan müqavilə imzalayıb”.

Bundan sonra həyətində təndir saxlayan evin xanımı Şövkət Həsənova şirkətdən icazə alaraq burada işini davam etdirib.

Evin sökülməsi məsələsi gələndə isə onlar “təndirə və üzərindəki talvara görə də ödəniş edilməsini istəyiblər”.

İcra Hakimiyyəti burada “heç bir qanunsuz məsələdən söhbət gedə bilməz” deyir.

Bundan başqa ərazidə yaşayan digər sakinlər isə yaşadıqları evlərin kvadrat metrinə görə ödənilən məbləğdən şikayət edirlər. Onlar şirkətin hər kvadrat metrə 1200-1500 manat pul təklif etdiyini deyirlər. Sakinlər bu məbləğin az olduğundan gileylənirlər.

“Bu pula mən hardan ev ala bilərəm”, bu sualı burada yaşayan hər sakindən eşitmək mümkündür.

Şirkətin iş icraçısı dekabrın 30-da BBC Azərbaycancaya deyib ki, “onların təqdim etdiyi məbləğ qənaətbəxşdir”.

Onun sözlərinə görə, Bakı şəhərində söküntüyə düşən evlərin hər kvadrat metrinin dəyəri 1500 manatdan yuxarı olmur.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button