2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

“Evimizin önünə hasar çəkib bizi həbsxanaya salıblar”

Yayımlandı: 31 Avqust 2022 11:10

Saytların yığılması Saytlarin yigilmasi

Nərimanov rayonunda yerləşən birmərtəbəli evlərin önündən hasar çəkilib. Tikililərə bitişik şəkildə “Melissa Group” şirkətinə məxsus “Zirvə” MTK göydələn ucaltdığından aprel ayından birmərtəbəlilərin qarşısını hasarlayıb. Hasarın arxasında yaşayan sakinlər  hüquqlarının pozulduğunu deyir.

Ailələr birgə imza toplayaraq Nərimanov Rayon İcra Hakimiyyətinə, Şəhər Arxitektura komitəsinə və digər qurumlara müraciət ünvanlayıb. Cavabda binanın tikintisi getdiyindən təhlükəsizlik naminə hasarın çəkildiyi deyilib.

Təhlükədən söz düşmüşkən, sakinlər deyir ki, evlərinə bitişik gedən tikinti onlar üçün hər an təhlükəli vəziyyət yarada bilər. Birmərtəbəli tikililərin bir qismi sökülsə də, evlərinin önünü hasarlayan şirkətin onlarla hesablaşmadığını, tikililərin sökülməsi ilə bağlı heç bir məlumat verilmədiyini deyirlər.

“Melissa Group” şirkətinə məsələ ilə bağlı sorğu göndərsək də, cavab ala bilmədik.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button