2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyətİqtisadiyyat

Evlər həm ucuzlaşıb, həm də tələbat azalıb

2014-cü ilin ikinci yarısından sonra neftin qiyməti aşağı düşərkən, bunun daşınmaz əmlak bazarındakı qiymətlərə də təsir edəcəyi proqnozlaşdırılırdı. 2015-ci ildə neftin qiyməti ucuzlaşdıqca daşınmaz əmlak həm manat, həm dollar ifadəsində kəskin ucuzlaşdı. Ümumilikdə, ötən il qiymətlər 25 faizə qədər aşağı düşdü. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin ikinci rübündə mənzil bazarı əvvəlki rübə nisbətən 1 faiz ucuzlaşıb. Ekspertlər 2016-cı il üçün də eyni tendensiyanın davam edəcəyini bildirsə də, hazırda bazarın stabil qaldığını deyə bilərik. Hətta əksinə, may ayından etibarən, nisbətən bahalaşma müşahidə edilməkdədir. Xüsusilə, bahalaşma ilkin mənzil bazarında müşahidə edilir. Qiymətlərlə yanaşı, mənzillərə tələbat da azalıb.

Əmlak Ekspert Mərkəzinin rəhbəri Ramil Osmanlı fins.az-a bildirib ki, hazırda daşınmaz əmlak bazarında vəziyyət kritik şəkil alıb. Onun sözlərinə görə, bazarda bütün göstəricilərin sürətlə azalması müşahidə edilir. O cümlədən satılan mənzillərin sayı kəskin azalıb: “Azalma bütün seqmentlərdə davam edir. Əgər 2011-14-cü illərdə 1 ayda 10 minə yaxın mənzil satılırdısa, bu gün bu rəqəm 1300-1400 ətrafında dəyişir. Yeni tikililərdə vəziyyət daha acınacaqlıdır. Ay ərzində satılan mənzillərin sayı 1 il əvvəllə müqayisədə 10 dəfəyədək azalıb”.

R.Osmanlı son iki aydakı bahalaşmanı süni qiymət artımı kimi qiymətləndirir. “Value&Sources Consulting Company”nin baş direktoru Rəşad Əliyev isə bildirir ki, 2014-cü ilin yayından neftin qiyməti enməyə başlayarkən, həmin vaxt qiymətlərin əhəmiyyətli dərəcədə enəcəyini proqnoz edmək mümkün idi: “2014-cü ilin payızından daşınmaz əmlak bazarında qiymətlərin enməsi tendensiyası yarandı. Səbəb isə çox sadədir: Neftin qiymətinin düşməsinin makroiqtisadi şəraitə təsiri qaçılmazdır. Həmin vaxt iqtisadiyyatda neftin qiymətinin düşməsi hələ hiss olunmasa da, daşınmaz əmlak bazarında artıq qiymətlər tədricən aşağı enməyə başladı.

Saytların yığılması Saytlarin yigilmasi

Bu isə böyük enmə gözləntiləri ilə bağlı idi. Müəyyən müddət sonra isə neftin qiymətlərinin düşməsi makroiqtisadi şəraitdə açıq aydın hiss olunandan sonra əmlak bazarındakı qiymət enməsi artıq şəraitə uyğun baş verirdi”. R.Əliyev qeyd edir ki, devalvasiyalar dollar ifadəsində qiymət enməsini sürətləndirirdi. Ekspertin sözlərinə görə, ancaq istənilən halda əmlak bazarında bu həcmdə qiymət enmələri baş verməli idi. Ekspertə görə, 2016-cı ilin əvvəlindən neftin qiymətindəki artım daşınmaz əmlak bazarına da təsir göstərməyə başlayıb. Belə ki, artıq may ayından başlayaraq, bu sektorda dollar ifadəsində cüzi də olsa qiymət artımları baş verib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button