2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

“Exchange”lər bərpa olunur

Milli Məclisə yeni qanun layihəsi təqdim edilib; Vahid Əhmədov: “Bu, manatın məzənnəsinə ciddi təsir göstərməyəcək”

Azərbaycanda yeni lisenziyalaşdırılan fəaliyyət növü – valyuta mübadiləsi fəaliyyətinin yaradılması məqsədilə “Valyuta tənzimi haqqında” Qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi hazırlanıb. Bu fəaliyyət növü Azərbaycanda xarici valyutanın qanunla müəyyən edilmiş qaydada alınması, satılması və dəyişdirilməsini nəzərdə tutur və lisenziyalaşdırılan fəaliyyət növüdür.

Dəyişikliklər valyuta mübadiləsi fəaliyyətinin həyata keçirilməsini tənzimləyir.

Saytların yığılması Saytlarin yigilmasi

Valyuta mübadiləsi fəaliyyətinin həyata keçirilməsinin ümumi əsaslarına görə, rezidentlər və qeyri-rezidentlər Azərbaycanın daxili valyuta bazarında qanunla müəyyən edilmiş qaydada xarici valyutanı satmaq, almaq və dəyişdirmək hüququna malikdir.

Dəyişikliyə əsasən, Azərbaycanda valyuta mübadiləsi fəaliyyətini həyata keçirmək hüququna yalnız maliyyə bazarlarına nəzarət orqanından “Banklar haqqında” Qanuna əsasən lisenziya almış yerli banklar, xarici bankların yerli filialları, “Poçt haqqında” Qanuna əsasən lisenziya almış poçt rabitəsinin milli operatoru və bu qanunla müəyyən edilmiş qaydada lisenziya almış rezident hüquqi şəxs və fiziki şəxslər, qeyri-rezident hüquqi şəxslərin filialları (valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər) malik olacaq.

Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən xarici valyutanın alqı-satqısı yalnız nağd qaydada və müştərilərin sifarişi ilə həyata keçiriləcək.

Bu isə iki il öncə ləğv olunan valyutadəyişmə məntəqələrinin yenidən bərpa olunması deməkdir. Bəs görəsən, bir zamanlar manatın məzənnəsi üçün təzyiq formalaşdıran bu qurumları ləğv edən hökumət indi onları niyə yenidən bazara qaytarır? VDM-lərin bərpası manatın məzənnəsinə, hökumətin monetar siyasətinə, maliyyə bazarlarındakı duruma necə təsir göstərəcək?

“Yeni Müsavat”ın bu sualını cavablandıran Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü Vahid Əhmədov qanunun hələ qəbul olunmadığını bildirdi: “Bu qanun layihəsi hələ qəbul olunmayıb. ”Valyuta tənzimlənməsi haqqında” Qanuna dəyişiklik layihəsidir. Bu qanun layihəsi əslində “exchange”lərin təşkili ilə əlaqədar prosesin tənzimlənməsini nəzərdə tutur; bu obyektlər necə təşkil olunmalıdır, lisenziyalar necə verilməlidir və sair digər məsələlər. Bu qanun layihəsində mübahisəli məsələlər də var. Biz onun üzərində müzakirə aparmalıyıq. Müzakirənin nəticələri bəlli olduqdan sonra bu qanun layihəsi haqqında konkret söz demək olar.

Image result for Milli Məclis

Ümumiyyətlə, bütün dünyada “exchange”lər bankların nəzarətindədirlər. Bankların tərkibində fəaliyyət göstərirlər. İstər qonşu Türkiyədə, istər Avropa ölkələrində bu qurumlar bankların tərkibindədirlər. Devalvasiya dövründə “exchange”lər maliyyə bazarı üçün problem yaratdığından onları bağladılar. İndi bu qanun layihəsinin qəbul olunmasında məqsəd onları yenidən bərpa etməkdir. Əvvəllər bu məsələlərə Mərkəzi Bank baxırdısa, indi Maliyyə Bazarlarına Nəzarət Palatası baxır. Palata istəyir ki, “exchange”ləri yenidən yaratsın. Bununla bağlı elə bir ciddi problem və maneə yoxdur. Ancaq mənim hazırda açıqlamadığım müəyyən məsələlər də var ki, biz onun üzərində işləyəcəyik. Aprelin 20-də Milli Məclisdə o məsələlər müzakirə olunacaq. Ümumi götürdükdə, “exchange”lərin açılması normal bir prosesdir. Ancaq görək onları hansı şərtlər daxilində açacaqlar. O şərtlər bizi çox maraqlandırır”.

Image result for Vahid Əhmədov

Deputatın sözlərinə görə, VDM-lərin yenidən fəaliyyətə başlaması manatın məzənnəsinə o qədər də ciddi təsir göstərməyəcək: “Mən bunun manatın məzənnəsinə ciddi təsirinin olacağını gözləmirəm. Çünki ”exchange”lər faktiki olaraq Maliyyə Bazarlarına Nəzarət Palatasının nəzarəti altında olacaqlar. Orada alış-veriş prosesinin hesabatı aparılacaq. Bu proses tam sərbəst olmayacaq”.

V.Əhmədov onu da bildirdi ki, beynəlxalq idman yarışları və turizm mövsümünün başlaması ərəfəsində turistlərin valyuta dəyişməklə bağlı işini asanlaşdırmaq baxımından “exchange”lərin açılması çox önəmlidir: “Turistlərin rahatlığı baxımından bu çox önəmlidir. Çünki hər yerdə banklar və bank filialları yoxdur. Turistlər bu məsələdə əziyyət çəkirdilər. Qarşıdan İslam Oyunları və Formula 1 yarışları gəlir. Ona görə də Azərbaycana turist axını çoxalıb. Bu məsələ olduqca əhəmiyyətlidir. Turistlər istənilən yerdə valyutadəyişmə imkanına malik olacaqlar”.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button