2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

Eyni gündə Ermənistan və Qazaxıstan hökumətlərinin başçıları niyə dəyişdirildi?

Ermənistan Qazaxıstanın baş nazirləri bir gündə istefaya göndərildi. Hər iki halda respublikanın rəhbərləri bu yolla dərin sosial və siyasi böhranı dəf etməyə çalışdı.

Sentyabrın 8-də birdən-birə üç keçmiş sovet respublikasında rəhbərliklər yeniləndi. Bir neçə saat ərzində Ermənistan hökuməti könüllü olaraq istefaya getdi, Qazaxıstan hökuməti azad edildi, Özbəkistanda isə parlament yeni prezident vəzifəsini icra edəni təyin etdi.

İslahatlar üçün kart-blanş

Saytların yığılması Saytlarin yigilmasi

Ermənistanın baş naziri Ovik Abramyanın kabineti iki il yarım fəaliyyətdən sonra istefaya verdi. “Mən istefa vermək və prezidentə yeni hökuməti formalaşdırma imkan yaratmaq qərarına gəldim. Bizim hamımızın uğuru haqqında düşünmək və yeni hökumətə artıq görülmüş işlər və yeni yanaşmalar əsasında cəmiyyəti birləşdirmək şansı vermək lazımdır” – deyə siyasətçi cümə axşamı bəyan edib.

Abramyanın öz istefası haqqında qərarı, mahiyyətcə ölkə prezidenti Serj Sərkisyanın bu yaxınlarda səsləndirdiyi “milli barışıq hökumətinin” formalaşdırılması çağırışına cavab oldu.

Abramyanın kabinetinin fəaliyyətdə oldu]u dövr ərzində (2014-cü ilin aprelindən başlayaraq) ölkə bir neçə ciddi siyasi kataklizm yaşayıb. Hələ 2014-cü ilin payızından başlayaraq milli valyuta rus rublunun arxasınca düşməyə başladı, onun ardınca inflyasiya da gücləndi. Bir neçə ay sonra Rusiya hərbi bazasının əsgəri tərəfindən bütöv bir ailənin amansızlıqla öldürülməsi yeni iğtişaşalara gətirib çıxardı.

2015-ci ilin yayına doğru iqtisadi böhran hpkuməti enerji daşıyıcılarının qiymətini qaldırmağa məcbur etdi ki, bu da yenidən irimiqyaslı etiraz aksiyalarına səbəb oldu. Növbəti baharda, Zaqafqaziyada qüvvələrin tarazlığını təmin edən Rusiya və Türkiyənin münasibətlərinin soyuduğu dövrdə Qarabağ münaqişəsinin son illər üçün ən güclü alovlanması baş verdi. Nəhayət, 2016-cı ilin iyulunda silahlı müxalifət erebuni şəhərində post-patrul xidməti idarəsini ələ keçirdi və iki həftə əlində saxladı.

Böyük ehtimalla yeni baş nazir İrəvanın keçmiş meri, Dağlıq Qarabağda anadan olan və digər bir erməni siyasətçisi Karen Karapetyan olacaqdır. Reuters agentliyi yerli KİV və ekspertlərə istinadən onun namizədliyi barəsində məlumat verib. Karapetyan texnokrat nüfuzuna malikdir: o, siyasətçidən çox iş adamı və idarəçidir. 2000-ci illərdə o, uzun müddət “Qazprom”un erməni şöbəsinə basşçılıq edib, sonra 2011-ci ildə qısa müddət ərzində İrəvanın meri olub ki, bundan sonra ona tanış olan struktura geri qayıdıb: 2011-2012-ci illərdə “Qazprombank”ın birinci vitse-prezidenti olub və sonra da “Qazpromun” müxtəlif strukturlarında top-menecerlik mövqelərində çalışıb.

ovik-abramyan
Ovik Abramyan – Ermənistanın istefaya göndərilən Baş naziri

Yeni baş nazirinin Moskva ilə sıx əlaqələri  Karapetyanın tərcümeyi-halından böyük olmayan bir parçadır ki, bu da qismən Ermənistanın xarici siyasət kursunu müəyyən edəcəkdir – “Qafqaz İnstitutu”nun direktor müavini Sergey Minasyan buna əmindir. Hazırda İrəvanın başlıca vəzifəsi – radikal iqtisadi islahatların keçirilməsidir və Karapetyanın namizədliyi məhz bu səbəbdən seçilmişdir. Mühüm bir faktdır ki, 2017-ci ilin aprel ayında Ermənistanda növbəti parlament seçkiləri keçiriləcək. “Arminfo” nəşrinin mənbəələri xəbər verirlər ki, Abramyan istefasından sonra Serj Sərkisyanın hakimiyyətdə olan Respublika partiyasının seçki qərargahına başçılıq edə bilər.

“Çoxillik etirazların başlıca səbəbi – ölkədəki mürəkkəb sosial-iqtisadi vəziyyət, biznesin inhisarlaşdırılması, uğursuz kadr qərarlarıdır – Minasyan RBK-ya açıqlamasında belə deyib – Karapetyan formal olaraq parlaq təmsilçisi Abramyanın olduğu həmin sistemdən kənardadır və onun üçün kənardan yenidənqurma aparmaq asan olacaq”.

Ekspertin sözlərinə görə Karapetyanın qarşısında əsas iki çağırış duracaq. Birincisi, prezidentdən islahatların keçirilməsi üçün tam hərəkət sərbəstliyi almaq; ikincisi isə, nəzəriyyəyə görə həmin islahatların başlıca qurbanı ola biləcək hakim Respublika partiyasının yeni kursa müqavimət göstəməməsi (prezidentin təzyiqi altında)  olacaq.

Yeni lider

Özbəkistan parlamentinin iki palatası sentyabr ayının 8-də baş nazir Şövkət Mirziyayevin respublika prezidentinin səlahiyyətlərini müvəqqəti icra etməsinə səs verdi. O, artıq 13 il idi ki, ölkə hökumətinə başçılıq edirdi və İslam Kərimovun ən şanslı varisi hesab olunurdu. Məhz Mirziyayev əvəzsiz respublika liderinin dəfninin təşkili üzrə komissiyaya başçılıq etdi. Lakin Özbəkistan Konstitusiyasına görə prezident vəzifəsini icra edən vəzifəsi senatın spikeri Niqmatulla Yuldaşevə verilmişdi ki, o da öz namizədliyini geri götürdü.

Qanuna əsasən yeni prezident seçkiləri üç ay ərzində keçirilməlidir.

Fəxri istefa

Elə həmin günün səhər saatlarında Qazaxıstan prezidenti Nursultan Nazarbayev öz fərmanı ilə nazirlər kabinetinə 2014-cü ilin aprel ayından başçılıq edən Karim Masimovun hökumətini istefaya göndərdi. Birinci vitse-premyer Bakıtcan Sagintayevə hökumət başçısının vəzifələrini icra etmək həvalə edildi, Masimovun özü isə Milli Təhlükəsizlik Komitəsinə (MTK 1992-ci ildə Respublika DTK bazasında yaradılmışdır) rəhbər vəzifsinə keçirildi.

“Mənə göstərilən yüksək etimada görə dövlət başçısına təşəkkür edirəm”, – Masimov istefa günü özünün Tvitter mikrobloqunda belə yazıdı. “Qazax NUR” informasiya agentliyi qeyd edir ki, keçmiş baş nazir ölkə rəhbərliyində müasir texnologiyaların irəli çəkilməsinin ən qatı tərəfdarlarından, “elektron hökumət”in yaradılması üzərində çalışanlardan idi.

Eyni zamanda son 1 il ərzində Qazaxıstan dəflərlə sosial sabitliyə qarşı çağırışlarla üz-üzə gəldi. 2015-ci ilin avqustunda qiyməti düşməkdə olan neftin təzyiqi altında hakimiyyət üzən təngə (Qazax pulu) kursuna keçdi və bir neçə saat ərzində milli valyuta dəyərinin dörddə birini itirmiş oldu. Bu ilin yayından başlayaraq ölkədə terror təhlükəsi ən yüksək həddən qabaqkı mərhələdə qüvvədədir. Onu bir qrup silahlı cinayətkarın Aktobedə hərbi hissəyə hücumundan sonra tətbiq etdilər. Bir ay sonra MTK bəyan etdi ki, bir ədər əvvəl həbs edilmiş Qazaxıstanın ən iri pivəbişirmə şirkətərindən birinin başçısı Toxtar Tuleşov dövlət çevrilişi və hakimiyyəti ələ keçirmək məqsədi ilə yazda baş vermiş hökumət əleyhinə mitinqləri maliyyələşdirmişdir. Tuleşovun işi üzrə məhkəmə prosesi gələn həftədən başlayır, ona CM-nin 16 maddəsi üzrə ittihamlar irəli sürülüb. Elə o zamanlarda, iyulun ortalarında keçmiş paytaxt Alma-Atı şəhərində naməum şəxslər yerli RDİİ binası yaxnlığında silahlı insident törətdi. Nəticədə ikisi polis olmaqla 3 nəfər həlak oldu.

Nəhayət, artıq bu həftə MNT, ABŞ-dakı 11 sentyabr faciəsinə oxşar irimiqyaslı terror aktının qarşısının alındığını bəyan etdi.  

Qzaxıstan hökumətindəki yerdəyişmələrin arxasında Masimovun Nazarbayevin varisi kimi hazırlığı üzrə gizli kombinasiya durmurdu: güman ki, bu prezidentin sosial-iqtisadi problemlərin çoxalması və terror təhlükəsinin yüksəlməsinə qarşı  reaksiyası oldu, Rusiya strteji tədqiqatlar İnstitutunun (RSTİ) yaxın xarici ölkələrin problemlərinin tədqiqi Mərkəzinin təhlilçisi İvan İppolitov belə deyir. Əvvəlki MTK rəhbəri bir ildən az olan müddətdə öz vəzifəsində qaldı və bu, o demək deyil ki, Masimov burada çox davam gətirəcək. Baş nazirin istefası çoxdan idi ki, müzakirə edilirdi, indi isə bu siyasi mövsümün başlanğıcına həsr edilib ki, elita həmin mərhələyə yenilənmiş olaraq daxil olmalıdır – İppolitov əlavə edir. Cümə günü hökumətin geniş tərkibdə iclası keçirildi, artıq istefalar olmadı, nazirlər yeni hökumətdə öz çantalarını qoruyub saxladılar.

REA-nın şərqşünaslıq İnstitutunun eksperti Stanislav Pritçin xatırladır ki, hökumətdə yerdəyişmələr Nazarbayev tərəfindən böhran dövrlərində tez-yez istifadə edilib. Lakin bu dəfə prezidnt “qeyri-trivial” gediş seçdi: əgər əvvəllər Masimov növbə ilə gah hökumətə, gah prezident aparatına rəhbərlik edirdisə, indi o xüsusi xidmət orqanlarında çalışmağa göndrilib. Pritçin belə gedişi Masimov üçün “fəxri istefa” adlandırır. Bundan əlavə, RSTİ-dan olan İppolitov əmindir ki, Masimovun ikinci kabineti onun birinci hökumətindən daha az təşəbbüskar və işqabiliyyətli oldu ki, bu da onun taleyinə təsir göstərdi.

Vitse-premyer Sagintayev Nazarbayevə tamamilə loyal olan bir insandır və hər halda prezident kurusunu dəstəkləyəcəkdir – İppolitov belə hesab edir. Sagintayevin “əvəz edici” sözönünü ata biləcəyi və vəzifədə möhkəmlənməsi, ekspertlərin fikrincə açıq qalan bir məsələdir. İstənilən halda Ermənistanda olduğu kimi Qazaxıstanın da qarşısında heç də az olmayan daxili sosial-siyasi çağırışlar durur ki, bu da hökumətin dəyişməsini şərtləndirmişdir.

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button