2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Eyni gündə iki qadın qətlə yetirilib

Yayımlandı: 19 Fevral 2023 20:07

Birini Tərtərdə ərinin, digərini Xırdalanda oğlunun öldürdüyü iddia olunur

Tərtər Rayon İcra Hakimiyyətinin Sosial-İqtisadi İnkişafın Təhlili və Proqnozlaşdırılması Şöbəsinin baş məsləhətçisi Gülnar Məmmədova qətlə yetirilib. Hadisə fevralın 19-da səhər saat 9 radələrində Tərtərdə onun yaşadığı evdə baş verib.

Saytların yığılması Saytlarin yigilmasi

Tərtər Rayon Prokurorluğundan Meydan TV-yə verilən məlumata görə, həmin vaxt evdə 42 yaşlı Gülnar Məmmədova ilə yanaşı, Namiq Allahverdiyev də qətlə yetirilib.

32 yaşlı Namiq Allahverdiyevin odlu silahla öldürüldüyü, qadının isə bıçaqla qətlə yetirildiyi bildirilir.

“Hadisənin Gülnar Məmmədovanın əri, 1979-cu il təvəllüdlü Asəf Məmmədov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsilə cinayət işi başlanıb”, – prokurorluqdan bildirilib.

Meydan TV-nin Tərtərdəki başqa bir mənbədən əldə etdiyi məlumatda isə qətllərin qısqanclıq zəminində törədildiyi iddia olunur. İddiaya görə, Namiq Allahverdiyev hadisə baş verən evdə usta işləyirmiş.

Fevralın 18-dən 19-na keçən gecə saat 1 radələrində Abşeron rayonu, Xırdalan şəhərindəki evlərdən birində isə 1974-cü il təvəllüdlü Mehriban Hüseynzadə qətlə yetirilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Meydan TV-yə bildirilib ki, 49 yaşlı qadının qətlinə görə oğlu şübhəli şübhəli bilinir:

“Araşdırmalarla cinayət əməlini qadının oğlu, 1998-ci il təvəllüdlü Orxan Hüseynzadə tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən olunub. Orxan Hüseynzadə tutularaq istintaqa təhvil verilib”.

Hər iki hadisə ilə bağlı şübhəli şəxslərin ittihamlara münasibəti, özlərini təqsirli bilib-bilmədiyi məlum deyil.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button