2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
GündəmXəbərlər

Eynulla Fətullayev : “Bu nə alverçi təfəkkürüdü?”

Son illər hakimiyyətin əsas təbliğat ruporlarından biri sayılan jurnalist Eynulla Fətullayev YAP-ın icra katibinin müavini deputat Siyavuş Novruzovu tənqid edib.

Qeyd edək ki, Siyavuş Novruzov Milli Məclisin fevralın 1-də keçirilən iclasında hakimiyyətin maliyyələşdirdiyi media orqanlarının və jurnalistlərin iqtidarı müdafiə etmədiyinə görə qınayıb.

“Bu gün Prezident İlham Əliyev jurnalistlərə mənzil hədiyyə edir. Qəzetlər hər il dövlət büdcəsindən 100 minlərlə manat vəsait alırlar. Onlar bu məsələlərə adekvat münasibətlərini bildirməlidirlər. Amerika və digər ölkələrdə göstərsinlər ki, jurnalistə nə verirlər? Burada isə 10 il mətbuatda çalışana mənzil hədiyyə edilir. Elə qəzet var ki, 10 işçisi mənzil alıb. Bütün mətbuat orqanlarının nümayəndələri də fikirlərini bildirməlidirlər. Azərbaycanda təhqirə, söyüşə yer yoxdur. Kim bu addımı atırsa, həmin mətbuat nümayəndələri onlara cavab verməlidirlər”, – YAP İcra katibinin müavini deyib.

Saytların yığılması Saytlarin yigilmasi

Eynulla Fətullayev deputatın bu yanaşmasını “alverçi təfkkürü” adlandırıb. 

Hakim partiyanın ən böyük səhvi – dəyərlərin materiallaşdırmasıdır. YAP-dakı Siyavuş bəyanat verib ki, bəs bu iqtidardan bəhrələnən insanlar hökuməti müdafiə etməlidir. Bu nə yanaşmadır? Bu nə alverçi təfəkkürdü? Bəs dəyərlər? Məgər Heydər Əliyev fəlsəfəsinin dəyərləri yoxdur? Məgər insanlar mübarizəyə yalnız mal-mülk uğrunda atılmalıdır? Bəs ədalət, bərabərlik, azadlıq, insan səadəti? Faciə ondadır ki, bu fikri söyləyən insan yalnız millət vəkili deyil, Heydər Əliyevin uzun və fədakar mübarizəsi nəticəsində yaratdığı Yeni Azərbaycan Partiyasının rəhbərliyində təmsil olunub. Görün hakim partiya hardan hara gəldi – xalq tribunu Sirus Təbrizlidən mənzili partiya dəyərinə çevirmiş plebey Siyavuşa qədər gedən yol… Çox təəssüf!!!“- deyə, Eynulla Fətullayev özünün feysbuk səhifəsində yazıb.

“Məncə, Siyavuş öz siyasi fəaliyyətində ən qüsurlu bəyanatını verdi. Ay zavallı insan, sən çayxanada və ya kababxanada zarafat etmirsən, bütöv bir xalq qarşısında çıxış edirsən! Bundan sonra YAP gənclər arasında hansı dəyərləri təbliğ edəcək?” – Eynulla Fətullayev əlavə edib.

24saat.org saytı yazını Bastainfo.com-a istinadən dərc edib

Eynulla Fətullayev Siyavuş Novruzov haqqında bunları yazıb
Eynulla Fətullayev Siyavuş Novruzov haqqında bunları yazıb

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button