2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ManşetSEÇMƏ

Eynulla Fətullayev hansı məmura 2 gün vaxt verib?

Xəbər verildiyi kimi Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Hağı ilə haqqin.az və virtualaz.org saytlarının rəhbəri Eynulla Fətullayev arasında qalmaqal yaranıb. Qalmaqala səbəb Eynulla Fətullayevin erməni jurnalist Suzan Çaqinyanı işə götürməsidir. QAT sədri baş redaktorun bu addımına sərt münasibət bildirib. Akif Nağı bu barədə “Facebook” səhifəsində yazıb: “Mənə xəbər çatdı ki, Eynulla Fətullayev “məşhur erməni jurnalisti” Suzan Çaqinyanı redaksiyasında işə götürüb və sübut eləməyə çalışır ki, guya çox böyük iş görüb.

Əslində çox böyük qələt eləyib, başını da daşa döyüb. Eynulla Mircəfər Bağırovdan ağıllı və hökmlü olacaqmı ki, ermənini yanında saxlasın, ondan istifadə etsin. O olayı haminiz bilirsiniz”.

QAT sədri Eynulla Fətullayevi ermənilərə qucaq açmaqda ittiham edib: “Eynullaya sözümü qısa deyirəm; erməni qan***ını rədd edirsən gedir. Sənə 2 gün vaxt veririk. İstəsən, özün də onun dalınca gedə bilərsən”.

Saytların yığılması Saytlarin yigilmasi

Eynulla Fətullayevin də cavabı sərt olub. Baş redaktor bildirib: Bir məmura xəbərdarlıq!!! Mən Akif Nağı kimi dü*üyə cavab verməyəcəm. Cavabım sənə olacaq. Özünü yığışdır, sənə 2 gün vaxt verirəm. Yoxsa açıq hücuma keçəcəm sənə qarşı. İtini yığışdır!!!”

Baş redaktorun cavabında “Bir məmura xəbərdarlıq” ifadəsi diqqət çəkir. Eynulla Fətullayev bununla açıq şəkildə iddia edir ki, Akif Hağını hansısa məmur himayə edir. Baş redaktor hesab edir ki, QAT sədrini ona hücumu həmin məmurun razılığı ilə baş verib. Bu baxımdan da Eynulla Fətullayev Akif Nağıya deyil, həmin məmura xəbərdarlıq edib.

Baş redaktorun hansı məmuru nəzərdə tutduğunu söyləmək çətindir. Amma bəzi iddialara görə, Akif Nağı prezidentin köməkçisi, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər üzrə şöbəsinin müdiri Əli Həsənova yaxındır.

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button