2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

Eynulla Fətullayev İlqar Məmmədovun yenidən həbs olunacağının anonsunu verdi

Hakimiyyətə yaxınlığı ilə tanınan haqqin.az və virtualaz.org saytlarının rəhbəri Eynulla Fətullayev İlqar Məmmədovun yenidən həbs olunacağının anonsunu verib.

az24saat.org saytı xəbər verir ki, dünən şərti azadlığa buraxılan ReAL sədri İlqar Məmmədov mətbuata verdiyi ilk “açıqlamasında mübarizəni daha böyük güc ilə davam etdirəcəyik” deyə bildirib.

Daha sonra o əlavə edib ki, bu, tam qələbə deyil, qisməndir.

Bundan sonra hakimiyyətə yaxınlığı ilə tanınan jurnalist eynulla Fətullayev İlqar Məmmədov barədə yazıb. O Məmmədovun “pivə qiyamı”na görə yenidən həbs oluna biləcəyini yazıb. Eynullanın yazısından çıxarış:

Saytların yığılması Saytlarin yigilmasi

Budur xalq-respublikaçı şüarlar qışqıran qəribə dustağın qısa giriş tarixçəsi… Bəs sonra nə olacaq? Əlbəttə, İlqar Məmmədov şəxsi taleyinin sahibidir. Əlbəttə, o liberal-şiəliyə qoşula və ya “pivə qiyamını” təkrarlaya bilər, amma əgər utopik liberalizmin yalançı lideri yenidən barrikadalara atılacaqsa…

Ehtimal ki, bu halda  hakimiyyətin yeni qiyamın səbəbkarını uzaq Nuxa həbsxanana geri qaytarmaqdan başqa yolu qalmayacaq. Böyük iğtişaş okeanının arasında kiçik sabit arxipelaq – Azərbaycan üçün yeni çağırışların və təhdidlərin taleyüklü dövrü başlayır. Hakimiyyət və cəmiyyət Gəncənin kriminal-dini, demək olar ki, teokriminal hadisələrindən sonra hələ də acı dərs alır. Və əgər azadlığın havası ilə məst olmuş İlqar Məmmədov stulları sındırmağa yenidən başlayacaqsa, hərçənd Makedoniyalı İskəndər, sözsüz, böyük insan idi, o hakimiyyətə başqa seçim yolu qoymayacaq…

Bax bu dəfə Qərb İlqara dəqiq kömək etməyəcək!…

Qeyd edək ki, Eynulla Fətullayevin yazısında istifadə etdiyi “pivə inqilabı” fikri təkcə İlqar Məmmədovu aşağılamaq üçün istifadə edilən yeni icad yox, həm də avqustun 25-ə Azərbaycana səfər edəcək Almaniyanın kansleri Angele Merkelin səfəri əsnasında ReAL sədrinin davranışlarına biçilən yeni ittihamın asossasiyana bənzəyir.

Görünür, hakimiyyət Fətullayevin vasitəsiylə pivənin vətənindən YAP hakimiyyətinə gələ biləcək İlqar Məmmədov təhdidindən çox narahatdır və bunu sətiraltı sözlərlə 5 il 7 ay həbsdə yatan siyasətçiyə çatdırmağa çalışır.

Və yaxud Eynulla Fətullayev növbəti dəfə İlham Əliyevin əleyhinə işləyəcək özfəaliyyətlə məşğuldur.

az24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button