2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

Eynullanın Türkiyədə görüşdüyü daha bir kriminal həbs edildi

Türkiyədə azərbaycanlı məhbusların aclıq ediyi barədə xəbərin Fətullayevə kriminal avtoritet Ənvər Sadıqov tərəfindən verildiyi iddia edilir

Eynulla Fətullayevin rəhbəri olduğu virtualaz.org saytında “47 azərbaycanlı məhbus İstanbulda aclığa başladı” sərlövhəli məlumat dərc edilmişdi.  İstanbulun Maltəpə həbsxanasında saxlanılan azərbaycanlıların kütləvi aclıq akiyasına başlaması barədə xəbəri sayt həmin türmədə olan məhbus Nərahim Nəzərova isinadən yaymışdı. İnformasiyaya əsasən, aclıq aksiyasına 47 azərbaycanlı qoşulub və məhbuslar əsas etibarilə onları etnik zəmində sıxışdıran erməninin həbsxana rəisi təyin edilməsindən narazıdırlar.

24saat.org saytına daxil olan məlumata görə, həmin məlumatı Eynulla Fətullayevə həbsdə olan Nərahim Nəzərov deyil, azərbaycanlı kriminal şəxslərdən olan Ənvər Sadıqov verib. Ənvər Sadıqov da əvvəllər həmin həbsxanada cəza çəkib.

Mənbənin bildirdiyinə görə, Eynulla Fəullayev Tükiyədə olarkən Ənvər Sadıqovla görüşüb və belə bir yazının yazılması təlimatını ondan alıb. “Əslində orada aclıq edən 47 nəfər yox, 4-5 nəfərdir. Həbsxana rəisi də yazıda iddia edildiyi kimi erməni deyil. Sadəcə yeni gələn rəis həbsdəki kriminallara qarşı sərt davrandığı üçün məhbuslar aclığa başlayıb. Məlumatın dərc edilməsindən sonra yazıda adı çəkilən  Nərahim Nəzərov “kars”a salınıb. Ancaq sonradan məlum olub ki, məlumatı Eynulla Fətullayevə Ənvər Sadıqov verib. Bu hadisədən sora Ənvər Sadıqov da həbs edilib”.

Saytların yığılması Saytlarin yigilmasi

Qeyd edək ki, Azərbaycanlı mafiya lideri Ənvər Sadıqovun Türkiyədə polis tərəfindən saxlanılması barədə bir neçə gün öncə məlumat yayılıb. Onu Azərbaycan “İnterpol”un qırmızı xətti ilə axtarışa verib. O, ötən il İstanbulda həbs edilsə də, həbsxanaya aparılarkən qaçıbmış. Axtarışda olan Ənvər Sadıqov bir neçə gün əvəvl polis tərəfindən saxlanılıb.
Ənvər Sadıqovun Lotu Quli ləqəbli qanuni oğru Nadir Səlifovun adamı olduğu bildirilir.

Yada salaq ki, ötən ay Türkiyədə olan Eynulla Fətullayev İstanbulda kriminal aləmdə “Lotu Quli” kimi tanınan avtoritet Nadir Səlifovla da görüşüb.

Görüş barədə Eynulla Fətullayev özünün Facebook səhifəsində məlumat və foto paylaşıb. Görüş “Lotu Quli”nin İstanbul ətrafındakı iqamətgahında baş tutub. “Nəhayət Lotu Quli ilə görüşdük, dərdləşdik, keçmişi yada saldıq, gələcək haqda danışdıq”-E.Fətullayev Facebook-da yazıb.

O, mətbuata açıqlamasında deyib ki, “Lotu Quli”ni azadlığa çıxması münasibətilə köhnə dostları və tanışları ziyarət edir.

Bunların arasında Türkiyənin yeraltı dünyasının məşhur liderlərindən hesab edilən Sedat Peker də var.

Bu görüşdən bir neçə gün sonra isə Nadir Səlifovun həbs olunduğu xəbəri yayılıb. Kriminal avtoritetin Çernoqoriyanın payaxtı Podqoritsada “İnterpol” tərəfindən saxlanıldığı bildirilir.

Qeyd edək ki, uzun müddət Azərbaycanda həbsdə olan Nadir Səlifov azadlığa ötən il çıxmışdı.

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button