Əziz Ələkbərli: “Türkiyə Qərbi azərbaycanlıların öz yurdlarına qayıtması məsələsində də dəstəyini əsirgəməyəcək”
“Qardaş Türkiyə Qərbi azərbaycanlıların öz ata-baba yurdlarına qayıtması məsələsində də öz dəstəyini əsirgəməyəcək”.
“Report”un xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli deyib.
Onun sözlərinə görə, Qərbi Azərbaycan İcması fəaliyyətə başladığı gündən Türkiyədən qonaqları olub: “Biz onlara icmamızın Qayıdış Konsepsiyası, qarşımızda duran vəzifələr haqqında ətraflı məlumatlar vermişik”.
İcma sədri bildirib ki, Azərbaycan 30 il işğal altında olan torpaqlarının azad olunması istiqamətində qardaş Türkiyədən siyasi və mənəvi dəstək görüb: “Qərbi azərbaycanlıların öz ata-baba yurdlarına qayıtması məsələsində də qardaş Türkiyə öz dəstəyini əsirgəməyəcək”.
Ə.Ələkbərli vurğulayıb ki, Türkiyədə xeyli sayda Qərbi Azərbaycandan didərgin düşmüş soydaşımız yaşayır: “Onlar Türkiyəyə mühacirət edərək orada yaşayırlar. Elə hesab edirik ki, həmin insanların da öz ata-baba yurdlarına qayıtmaq haqq və hüquqları var. Bu, bizim və eyni zamanda, Türkiyənin məsələsidir. Çünki onlar bu gün Türkiyə vətəndaşlarıdır”.
Mənbə:Report