2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Fəal narkomaniyaya qarşı mübarizə sistemində islahatların aparılmasını təklif edib

Bakı/07.02.22 Narkotik maddələrin yayılmasına qarşı mübarizə kampaniya xarakteri daşımamalıdır, bu sahədə düşünülmüş dövlət siyasəti olmalıdır. Bu fikri Turan agentliyinə hüquq müdafiəçisi Elşən Həsənov söyləyib.

O, diqqəti ona yönəldib ki, son vaxtlar hüquq-mühafizə orqanları demək olar ki, hər gün narkotik maddələrlə bağlı cinayətlərin törədilməsində şübhəli bilinən onlarla şəxs barəsində raport verirlər.

“Bir neçə gün öncə Daxili İşlər Nazirliyi Sabunçu rayonunda həbs edilmiş narkomanlar barədə məlumat verib. Mən özüm Sabunçu rayonunda yaşayıram və deyə bilərəm ki, ümumilikdə paytaxtda olduğu kimi, burada da narkomaniya problemi kəskindir. Hər bir sahə müvəkkili narkotik maddədən asılı olanların hamısını tanıyır. Qonşuların şikayətlərinə baxmayaraq, indiyə qədər hüquq-mühafizə orqanları buna reaksiya verməyiblər”, – Həsənov deyib.

Saytların yığılması Saytlarin yigilmasi

Hazırda görülən tədbirlər sovet dövrü ruhunda kampaniyanı xatırladır və təkcə narkotik maddə alverçiləri yox, xəstələr də həbsə məruz qalırlar.

Narkotik maddələr siyasəti məsələləri üzrə Qlobal komissiya (Global Commission on Drug Policy) – 2011-ci ildə yaradılmış ictimai qurum hesab edir ki, repressiyalar narkotik maddədən asılılıq problemini həll etmir.

O, öz məruzəsində bir sıra tövsiyələr irəli sürüb. Əsasən narkomanların təqib edilməsi və cəzalandırılmasının əvəzinə onlara tibbi-profilaktik yardım göstərilməli və müalicə edilməlidir. Məcburi müalicə və cəza ilə yox, könüllü müalicə yolu ilə narkotik maddə asılılığının aradan qaldırılması daha effektivdir.

Azərbaycanda isə narkomanlar qanun pozucuları kimi tanınır. Narkotik maddə asılılığından məcburi müalicə haqqında qanun qüvvədədir.

Həsənov hesab edir ki, hakimiyyət hökumətin tənqidçilərini təqib etmək üçün narkomaniya ilə mübarizədə geniş cəza tədbirlərindən istifadə edir.

Belə ki, siyasi məhbusların siyahısında əhəmiyyətli hissəni narkotik maddələrə görə məhkum olunmuş şəxslər təşkil edirlər.

Hüquq müdafiəçisi həmçinin qeyd edib ki, Azərbaycanda narkotik maddələrin saxlanmasına yol verilən hədd digər ölkələrə nisbətən xeyli azdır.

Belə ki, Azərbaycanda şəxsi istifadə üçün 1 qram marixuanaya icazə verilir. Ukraynada bu 5 qram, Finlandiya -15 qram, Avstriya-20 qram, Portuqaliya- 25 qram, Hollandiyada 30 qramdır.

“Yəni, Azərbaycanda narkotik maddədən asılı şəxs dünya standartlarına zidd olaraq, xəstə yox, cinayətkar sayılır. Onu məcburi müalicəyə məhkum edirlər.

Bütün bunlar korrupsiyaya şərait yaradır. İslah müəssisələrində narkomanlar üçün, ümumiyyətlə, heç bir müalicə yoxdur. Məcburi müalicə isə həbs olunanlardan pul yığmaq işinə yarayır, çünki müalicə haqda arayışı olmayan narkoman vaxtından əvvəl azadlığa buraxılacağına ümid edə bilməz və narkomaniyaya görə yenidən həbs olunacağı barədə şantaja məruz qalır”, – Həsənov qeyd edib.

Çoxsaylı qeyri-hökumət təşkilatların olmasına və vəsait ayrılmasına baxmayaraq, narkomaniya probleminin həlli üçün praktiki olaraq heç bir iş yoxdur.

Hüquq müdafiəçisi ümumdünya standartlarına uyğun olaraq, Azərbaycanda narkomanların bu səbəbdən irəli gələn bütün nəticələrlə xəstə kimi tanınmasını təklif edir. Yəni, onlar üçün müalicə könüllülük əsasında olmalı, kompleks tibbi və psixososial müayinə və müalicə aparılmalıdır.

Fəal penitensiar sistemdə narkotik maddə aludəçilərinin müalicəsinə ayrılan vəsaitin bölüşdürülməsinə və onlara tibbi yardım prosedurlarına ictimai nəzarətin tətbiq olunmasını təklif edir.

Elşən Həsənov həmçinin məcburi müalicə haqqında qanunun ləğvini və Azərbaycan qanunvericiliyinin demokratik dövlətlərin standartlarına uyğunlaşdırılmasını təklif edir.—06D-

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button