Loading...
Loading...
Gündəm

Fətullah Gülən Somalidə öldürülən azərbaycanlı qadından yazdı

fetullah-gulenABŞ-ın Pensilvaniya ştatında yaşayan türkiyəli dini lider Fətullah Gülən Somalinin Moqadişo şəhərində baş verən terror aktı zamanı ölənlərə görə başsağlığı mesajı yayıb.

Virtualaz.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, F.Gülən orada çalışan müəllimlərə şagirdlərə qarşı belə hücum edənləri lənətləyib: “Moqadişo şəhərində məktəbli avtobusuna hücum nəticəsində 5 gözəl dostumuzun həlak olması aralarında məktəblilərin də olduğu bir çox insanın yaralanmasına səbəb olan terror son vaxtlar baş verən hadisələrdən yaralanmış ürəyimizi bir də yaraladı. Təhsil verərək xalqa xidmət edən müəllimlər şagirdlərə qarşı bu buna bənzər bütün hücumları lənətləyirəm. Müəllim qardaş-bacılarım Xıdır Çalka Kamiliya İsmayılova ilə yanaşı somalili İsa Hacı, Əmir Ömər Səlim Məhəmməd Əhməd Araləyə rəhmət diləyirəm.

Onların ana-ataları, həyat yoldaşları, uşaqları digər yaxınları başda olmaqla bütün əzizlərinə səbr, yaralılara isə şəfa diləyirəm. Bundan başqa bu bədbəxt hadisədə vətəndaşlarını itirən Türkiyə, Azərbaycan Somali xalqına da baş sağlığı diləyirəm”

Gözdən qaçırmayın:  Azərbaycanın Xarkovdakı konsulluğunun yaxınlığına raket düşüb

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button
Telegram kanalımıza abunə olun