Loading...
Loading...
Cəmiyyət

Fəxri adlar: neçə nəfər təqaüd alır?

Rəsmi hesabata əsasən, 2022-ci il iyulun 1-nə Azərbaycanda 263 nəfər “Xalq” fəxri adına görə, 4590 nəfər “Əməkdar” fəxri adına görə təqaüd alıb.

Xalq yazıçısı, xalq şairi, xalq artisti və xalq rəssamı fəxri adları üçün aylıq təqaüdün məbləği 180 manatdır.

Əməkdar elm xadimi, əməkdar incəsənət xadimi, əməkdar artist, əməkdar rəssam, əməkdar mədəniyyət işçisi, əməkdar müəllim, əməkdar həkim, əməkdar memar, əməkdar bədən tərbiyəsi və idman xadimi, əməkdar dövlət qulluqçusu, əməkdar jurnalist, əməkdar mühəndis, əməkdar hüquqşünas, əməkdar kənd təsərrüfatı işçisi, əməkdar pilot, əməkdar tibb işçisi üçün 120 manat aylıq təqaüd müəyyən edilib. (Novator)

24 saat” “Fəxri adlar: neçə nəfər təqaüd alır?” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Gözdən qaçırmayın:  Müharibə iştirakçısını Bakıda öldürdülər – Qadına kömək etmək istəyib

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button