2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Fəzail Ağamalının oğlu məhkəməyə verildi

Deputat Fəzail Ağamalının oğlu Elçin Ağamalı məhkəməyə verilib.

Onun barəsində Dövlət Vergi Xidmətinin 5 Saylı Ərazi Vergilər İdarəsi Bakı Kommersiya Məhkəməsinə müraciət edib.

Məlum olub ki, Elçin Ağamalı rəhbəri olduğu “La Vida” MMC-nin vergi borclarını ödəmədiyi üçün barəsində iddia qaldırılıb. Bu günə olan rəsmi məlumatlara görə, “La Vida” şirkətinin 4437 manat ödənilməmiş vergi borcu var. İşə hakim Ülkər Həsənovanın sədrliyi ilə baxılacaq.

Saytların yığılması Saytlarin yigilmasi

Qeyd edək ki, Elçin Ağamalı biznesmendir. O, eyni zamanda “Altus” MMC-nin sahibi kimi tanınır. O, 3 il öncə də kredit mübahisəsinə görə məhkəməyə verilmişdi. E.Ağamalıya qarşı iddia “PAŞA Bank” tərəfindən qaldırılmışdı.

Fəzail Ağamalı 27 ildir Milli Məclisin deputatıdır.

24 saat” “Fəzail Ağamalının oğlu məhkəməyə verildi” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button