2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Fədayə Laçın və digərlərinə hökm oxundu

Müğənni hökmdən əvvəl məhkəmədə mahnı oxudu – “Xatırlayarsan məni”

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda məhbusların qaçması ilə bağlı təqsirləndirilən şəxslərin məhkəməsi keçirilib.
24saat.org bizimyol.info saytına istinadən xəbər verir ki, təqsirləndirilən şəxslər arasında Peniensiar Xidmətin vəzifəli şəxsləri və müğənni Fədayə Laçın da olmaqla 13 nəfərdirlər.

Hakim Azad Məcidovun sədrlik etdiyi iclasda Penitensiar Xidmətin sabiq əməkdaşları Fuad Hacıyev son sözlə çıxış edib. O, özünü yalnız səhlənkarlıqda təqsirli bildiyini deyib. Məhkəmədən barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tədbiq edilməsini istəyib.
Qarovul rəisi Ceyhun Səmədovda barəsində ədalətli qərar çıxarılmasını tələb edib.

Tural Poladxanov isə son sözünü yazılı şəkildə məhkəməyə təqdim edib.

Saytların yığılması Saytlarin yigilmasi

Fasilə zamanı dəmir barmaqlıqlar arxasında olan müğənni Fədayə Laçın “Xatırlayarsan məni” mahnısını oxuyub.

Müşavirədən sonra hökm oxunub.

Hökmə əsasən, müğənni Fədayə Laçına 5 il azadlıqdna məhrum edilib.

Təqsirləndirilən Ceyhun Səmədov 9 il, Fuad Hacıyev 8 il 6 ay, Tural Poladxanov 8 il 6, Bəhruz Abdullayev 9 il, Günay Atakişiyeva 6 il, Aqil Nəcəfov 9 il, İsrafil Soltanov 7 il, Məhəmməd Hacıyev 7 il, Tərlan Zeynalov 7 il, Şahmar Əzizadə 7 il, Anar Əsgərov isə 7 il müddətinə azadlıqdan məhrum edilib.

Qatardan qaçan Əli Ağami isə digər cəzası ilə birləşməklə qəti olaraq 20 il azadlıqdan məhrum edilib.
Hökmə əsasən, B.Abdullayevin ittiham olunduğu Cinayət Məcəlləsini 179-cu (mənimsəmə) maddəsinə bəraət verilib və 311-ci (rüşvət alma) maddəsi isə ittihamdan xaric olunub.

Qeyd edək ki, dövlət ittihamçısı təqsirləndirilənlər – müğənni F.Laçının 6 il, Penitensiar Xidmətin tabor komandiri Bəhruz Abdullayevin 10 il, qarovul rəisi Ceyhun Səmədovun 10 il, müavinləri – Tural Poladxanovun 8 il 6 ay, Fuad Hacıyevin 8 il 6 ay, taksi sürücüsü Məhəmməd Hacıyevin 8 il, Günay Atakişiyevanın 7 il, Aqil Nəcəfovun 10 il, İsrafil Soltanovun 8 il, Şahmar Bəyəlizadənin 8 il, Tərlan Zeynalovun 8 il, Anar Əsgərovun 8 il və Əli Ağaminin (cəzaları birləşdirilib) 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Ədliyyə Nazirliyi və Baş Prokurorluq Penitensiar xidmət əməkdaşlarının həbs olunması ilə bağlı birgə yaylb.

2017-ci il bu il oktyabrın 23-də Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqondan 2 dustaq qaçıb.  Bakı şəhərinə etap olunan  Etibar Ələkbər oğlu Məmmədov və Əli Rasim oğlu Ağami Biləcəri qəsəbəsi ərazisində müşayiət altından qaçıblar.

Bununla əlaqədar Ədliyyə Nazirliyi tərəfindən Xidməti yoxlama aparılıb. Vəzifə borclarını lazımınca yerinə yetirmədiklərinə görə ədliyyə nazirinin əmri ilə  bir neçə nəfər işdən çıxarılıb. Penitensiar xidmətin Konvoy taborunun komandiri Bəhruz Abdullayev və digərləri məsuliyyətə cəlb edilib.

Faktla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində cinayət işi başlanmaqla istintaq qrupu yaradılıb.
Məhbusların qaçmasına yardım etməkdə təqsirləndirilən müğənni Fədayə Məmmədova (Fədayə Laçın) təqsirləndirilən şəxs qismində cəlb olunub. Onun barəsində həbs qətimkan tədbiri seçilib.

Mühafizə altından qaçan Ə.Ağami həbs olunub, E.Məmmədov isə əməliyyat zamanı öldürülüb.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button