2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Fələstindən Trampa CAVAB ZƏRBƏSİ

ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı qismində rəsmən tanımasına cavab olaraq Fələstin Milli Muxtariyyəti (FMM) ABŞ-ın Texas ştatını Meksikanın bir hissəsi qismində tanıyıb.

Milli.Az The Beaverton-a istinadən bildirir ki, FMM-in yaydığı bəyanata görə, Texas ştatı 1840-ci ildə ABŞ tərəfindən ilhaq olunub.

“Rio Qrande çayından şimala və qərbə doğru olan ərazilər meksikalılar üçün çox vacibdir. Amerikalılar həmin ərazilərdə peyda olaraq özləri ilə quldarlığı gətirənədək Meksika o torpaqlara nəzarət edirdi. Sonra prezident Ceyms Polk Meksikanın bu ərazilərini işğal etmək üçün həmin torpaqlara qoşunlarını yolladı, Meksikanı Kaliforniya ştatından imtinaya vadar etdi. Nyu-Meksiko, Arizona, Nevada, Vayominq, Yuta və Kolorado ştatlarının böyük hissələri Meksika torpaqları olub. Yaxınlarda həmin ştatları da Meksikanın tərkib hissəsi qismində rəsmən tanıyacağıq”, – Fələstin Milli Muxtariyyətinin yaydığı bəyanatda deyilir.

Saytların yığılması Saytlarin yigilmasi

Fələstin lideri Mahmud Abbas isə bildirib ki, bu bəyanat “Meksika-ABŞ münasibətlərinə yeni baxışdır”: “Ümid edirəm ki, bu mövqeyimiz ABŞ ilə Meksika arasında təhlükəsizlik və immiqrasiya sahələrindəki gərginliyi azaldacaq”.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button