2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Texnologiya

Fəlakətin astanasında: Böyük miqdarda metan qazı tullantıları artıq atmosferdən görünürlər

    Yer kürəsinin atmosferindəki metan qazının hər gün gündəlik miqdarını ölçən Sentinel-5P adlı peyk vsitəsilə çəkilmiş yeni fotoların analizi sayəsində alimlər metan qazı emissiyasının əsas mənbələrinin xəritəsini tərtib ediblər. Aparılmış yeni tədqiqata əsasən neft və qaz hasilatı zamanı metan qazı emissiyasının 8-12%-i gözlənilməz sızıntılar və təchizatlardakı problemlərin aradan qaldırılması çərçivəsində baş verir. Metan CO2-dən sonra atmosferdə ən çox yayılmış ikinci parnik qazıdır. O, insan fəaliyyəti səbəbilə atmosferə ifraz edilir və onun ən böyük miqdarı neft və qaz hasilatı zamanı ifraz edilir. Yaxın gələcəkdə metan qlobal iqlim üçün CO2-dən daha böyük təhlükə mənbəyinə çevriləcək. Massaçusets Texnologiya İnstitutunun alimlərinin hesablamalarına əsasən 1 ton həcmində olan metan qazı atmosferə ifraz edilən 1 ton həcmində CO2-dən 20 il ərzində 80 dəfə daha çox istilik udur.

– Təqdim edilmiş fotodakı qlobal xəritənin yuxarı hissəsində metan qazı emissiyası mənbələri əks olunublar. Fotonun aşağı sol hissəsində Rusiya və Mərkəzi Asiyanın qaz kəmərləri əks olunublar hansılardakı ki, qaz sızıntıları baş verir. Fotonun aşağı sağ hissəsində isə Şimali Afrika üzərində aşkar edilmiş metan şleyfi nümunəsi əks olunub.

Saytların yığılması Saytlarin yigilmasi

    Aparılmış tədqiqat çərçivəsində alimlər insan fəaliyyəti səbəbilə 2019-2020-ci illərdə atmosferə ifraz edilmiş metan qazı miqdarını təyin etməyə çalışbılar. Onlar aşkar ediblər ki, bütün metan ifrazı mənbələrinin 2/3 hissəsi neft və qaz hasilatı ilə bağlıdır. Bu mənbələr hər saat ərzində 27 ton həcmində metan ifrazını reallaşdırırlar. Metan ifrazına səbəb olan digər mənbələr siyahısında həmçinin kömür hasilatı, kənd təsərrüfatı və tullantıların emal edilməsi sahəsi var. Alimlər bildiriblər ki, neft və qaz hasilatı çərçivəsində baş verən qaz sızıntları və ya təchizatlardakı problemlərin aradan qaldırılması zamanı olan metan emissiyasını aradan qaldırmaq mümkün olsa, bu, hər il avtomobil yollarından 20 milyon avtomobilin yox olmasına bərabər olacaq.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button