2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Fərəc Quliyev: “Atılan bütün addımlar ölkənin sabitliyi, xalqın rifahı üçündür”

Su və çörəyin qiymətindəki artımdan sonra mediada digər kommunal xidmət və əzaq məhsullarının da qiymətinin artacağı ilə bağlı informasiyalar yer almaqdadır. Maraqlıdır, hər hansı dəqqilikdən məhrum bu informasiyaların tirajlanması, cəmiyyətdə əbəs yerə narahatlığın yaradılması nə dərəcədə doğrudur?

 
Məsələ ilə bağlıModerator.az-a açıqlama verən millət vəkili Fərəc Quliyev bu kimi informasiyaların Tarif Şurası ilə dəqiqləşdirilməlidir:
“Kimlərsə qiymət artımı ilə bağlı öz fikir və ehtimallarını səsləndirir. Lakin ölkədə hər şey sistemlidir. Hər hansı qiymət artımı Tarif Şurasının qərarı əsasında reallaşır. Atılan bütün addımlar ölkənin sabitliyi, xalqın rifahı üçündür. Heç bir dövlət, heç bir hakimiyyət istəməz ki, vətəndaşları pis yaşasın, ölkədə narazılıq olsun və s. hər zaman qiymət artımı ilə yanaşı əhalinin sosial rifahını yaxşılaşdırmaq üçün də müvafiq tədbirlər görülüb. Maaşlar, pensiyalar artırılıb və s. Lakin indidən bu ehtimallar üzərində qəti şəkildə dayanmaq doğru deyil. Bu kimi informasiyaların Tarif Şurası ilə dəqiqləşdirilməsinə ehtiyac var. Yalnız bundan sonra həmin informasiyalar mətbuata çıxarılmalıdır. Ciddi mətbuat bununla məşğul olmur. Daha çox şou yaratmaq istəyən mətbuat orqanları bu cür ehtimalları ictimaiyyiləşdirir. Bu baxımdan insanlar sayıq olmalıdır”.
Seymur Əliyev

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button