2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Fərəc Quliyev:”Da­ha yax­şı olar ki, bu­na Er­mə­nis­tan-Azər­bay­can mü­ha­ri­bə­si de­yək”

“Mü­na­qi­şə­nin uza­dıl­ma­sın­da ma­raq­lı gö­rü­nür və bu va­si­tə ilə də tə­rəf­lə­rə, da­ha çox da Azər­bay­ca­na təz­yiq yo­lu­nu se­çir”

Pre­zi­dent Ad­mi­nistra­si­ya­sı­nın rəh­bə­ri, aka­de­mik Ra­miz Meh­di­ye­vin “Er­mə­nis­tan və­tən­daş cə­miy­yə­ti kon­tekstin­də Er­mə­nis­tan-Azər­bay­can, Dağ­lıq Qa­ra­bağ mü­na­qi­şə­si” ad­lı mə­qa­lə­sin­də bil­di­ri­lir ki, 2016-ci il ap­rel ha­di­sə­lə­rin­dən son­ra Er­mə­nis­tan və Azər­bay­can qo­şun­la­rı­nın tə­mas xət­tin­də­ki gər­gin, çox təh­lü­kə­li və­ziy­yət­də əhə­miy­yət­li də­yi­şik­lik­lər ol­ma­yıb.
O qeyd edib ki, nə iki öl­kə pre­zi­dentlə­ri­nin gö­rüş­lə­ri, nə də ATƏT-in Minsk Qru­pu­nun va­si­tə­çi­lik fə­a­liy­yə­ti la­zı­mi nə­ti­cə ve­rib: “Qa­ra­bağ prob­le­mi­nin həl­lin­də, da­nı­şıq­la­rın bər­pa­sın­da ən nü­fuz­lu bey­nəl­xalq təş­ki­lat­lar və ay­rı-ay­rı si­ya­si xa­dim­lər iş­ti­rak edir. La­kin hə­lə­lik heç kim söz ve­rə bil­məz ki, Dağ­lıq Qa­ra­bağ­da­kı atəş­kəs re­ji­mi gə­lə­cək­də əda­lət­li sülhlə nə­ti­cə­lə­nə­cək. Axı əs­lin­də mü­ha­ri­bə nə cəb­hə­də, nə dip­lo­ma­tik, nə də me­dia mə­ka­nın­da bi­tib. Kim­lər üçün­sə Dağ­lıq Qa­ra­bağ uğ­run­da mü­na­qi­şə biz­nes ki­mi, çir­kin biz­nes və çir­kin si­ya­sət yü­rüt­mək ba­xı­mın­dan sərf edir”.
Ra­miz Meh­di­yev prob­lem üzə­rin­də çir­kin biz­nes qu­ran­la­rı və hə­min yön­lü si­ya­sət yü­rü­dən­lə­ri de­mək­lə nə­yi nə­zər­də tu­tub?
Mil­lət və­ki­li Fə­rəc Qu­li­yev açıq­la­ma­sın­da bil­dir­di ki, bu mü­na­qi­şə­dən doğ­ru­dan da öz ma­raq­la­rı üçün is­ti­fa­də et­mə­yə ça­lı­şan qüv­və­lər var: “Prob­le­min möv­cud ol­du­ğu dövr və bu müd­dət ər­zin­də ni­zam­lan­ma is­ti­qa­mə­tin­də or­ta­ya qo­yu­lan səy­lər­də­ki qey­ri-sə­mi­mi­lik gös­tər­di ki, ək­sər öl­kə­lər bu mü­na­qi­şə­nin uza­dıl­ma­sın­da ma­raq­lı­dır. Mə­nə elə gə­lir ki, biz prob­le­min adı­na düz­gün ya­naş­ma­lı­yıq. Bu, Dağ­lıq Qa­ra­bağ prob­le­mi kon­tekstin­dən çı­xıb. Da­ha yax­şı olar ki, bu­na Er­mə­nis­tan-Azər­bay­can mü­ha­ri­bə­si de­yək. He­sab edi­rəm ki, pro­ses­lə­rə da­ha cid­di tə­sir im­ka­nı­na ma­lik olan Ru­si­ya bu mə­sə­lə üzə­rin­də da­ha çox al­ver edir. Mü­na­qi­şə­nin uza­dıl­ma­sın­da ma­raq­lı gö­rü­nür və bu va­si­tə ilə də tə­rəf­lə­rə, da­ha çox da Azər­bay­ca­na təz­yiq yo­lu­nu se­çir. Di­gər öl­kə­lər də bu kon­tekstdə öz ma­raq­la­rı üçün hə­rə­kət edir. Ru­si­ya­nın ma­raq­la­rı çox ol­du­ğu üçün hə­min öl­kə­nin adı­nı xü­su­si­lə qeyd et­dim. He­sab edi­rəm ki, bu is­ti­qa­mət­də Tür­ki­yə tam sə­mi­mi olan niy­yə­ti­ni or­ta­ya qo­yur. Onun da prob­le­mi ni­zam­la­maq üçün gü­cü ye­tər­li de­yil”.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button