2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Fərdi sahibkarların banklardakı pulları təhlükədə

Fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə bağlı açdığı bank hesabları təhlükə qarşısındadır. Bunu iqtisadçı-ekspert Vüqar Bayramov deyib. Onun sözlərinə görə, nağdlaşdırma ilə bağlı tətbiq edilən qadağalardan sonra sahibkarlar vəsaitlərinin əhəmiyyətli hissəsini bank hesablarında saxlamaq məcburiyyətində qalıblar.

Sahibkarların prosesə hansı səviyyədə hazır olması və eləcə də mövcud infrastrukturun bu prosesi necə dəstəkləməsi məsələlələri artıq müzakirə edilib. Amma nə qədər maraqlı və qəribə olsa da mövcud qaydalara əsasən, fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar açdığı bank hesablarındakı pul vəsaitləri sığortalanmır. Yəni, bir tərəfdən mövcud limitlər sahibkarları məcbur edir ki, pullarını bankda saxlasın, digər tərəfdən həmin bank müflis olarsa onun pulu özünə qaytarılmır.

Saytların yığılması Saytlarin yigilmasi

Pulu bankda saxlamağa məcbur edirlər, amma vəsaitlərin taleyi məlum deyil”

1 il ərzində 10-dan artıq bankın bağlandığını və eləcə də bir sıra banklarda müflisləşmə riskinin qaldığını nəzərə alsaq, vəsaitlərinin nağdlaşdırılmasına imkan verilməyən sahibkarların pullarının qorunmaması onlar üçün əlavə risklər yaradır. Ekspert bildirib ki, bu baxımdan, əgər sahibkar pulunu bankda saxlamağa sövq edilirsə, o zaman onun vəsaitinin qorunması həyata keçirilməldir. Əks halda, belə görünür ki, Maliyyə Bazarlarına Nəzarət Palatası sahibkarların pullarını bankdan çıxarmasına qadağalar tətbiq edir, amma o vəsaitlərin bankdakı taleyinə zəmanət vermir. Bu təbii ki, sahibkarların banklardakı pulları üçün əlavə risk yaradır. Bu baxımdan, fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar açdığı bank hesablarındakı pul vəsaitlərinin də qorunan vəsaitlər sırasına daxil edilməsinə ehtiyac var. Nağdsız islahatlar yalnız inzibati deyil, həmçinin sahibkarlara zəmanətlərin verilməsi formasında həyata keçirilməlidir.

Vahid Əhmədov: “Dövlət milyardlarla vəsaitə zəmanət verə bilməz”

Məsələ ilə bağlı millət vəkili Vahid Əhmədov bildirib ki, bu məsələlər “Banklar haqqında” və “Müflisləşmə haqqında” qanunlarla tənzimlənir. Bundan əvvəl banklar bağlanırdı və insanların əmanəti batırdı. İndi isə əmanətlərin 100% sığortalanması ilə bağlı qanun yeni qəbul edilib. Bankların bağlanması və digər hallarda sığortalanan əmanətlər ödənilir. Fiziki şəxslərin hesabları ilə bağlı risklərə gəldikdə isə bu dövriyyə vəsaitidi və istifadə edilir:

“Bu vəsait mal almağa, əmək haqqına və s. sahələrə xərclənir. Burada milyardlarla vəsaitdən söhbət gedir. Milyardlarla vəsaitə dövlət zəmanət verə bilməz. Dövlət deyə bilməz ki, hansısa bank bağlananda onun qarşısını alacam. Bu mümkün deyil və heç xarici təcrübədə də belə bir şey olmayıb”.

Sahibkarlar vəsaitlərin sığorta məsələsini bankla razılaşdırsın”

Fərdi sahibkarların əlavə risklərdən qorunmasına gəlincə, millət vəkili təklif edir ki, dövriyyə vəsaiti və digər vəsaitlərlə bağlı məsələlər bankla müştəri arasında olan münasibətlər əsasında müəyyən edilsin:
“Hər bir şəxs banka sahibkarlıq fəaliyyəti ilə bağlı vəsait yerləşdirirsə, bağlanan müqavilədə bu əksini tapmalıdır. Yəni, əlavə risklərdən ehtiyat edən sahibkar bankla müqavilədə yerləşdirilən vəsaitlərin qorunması ilə bağlı razılıq əldə etməlidir”. (fins.az)

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button