2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Fərhad Əliyevin bacısı oğluna hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Vəlixan Əliyevə hökm oxunub. 24saat.org “Bizim Yol”a istinadən xəbər verir ki, hakim Zeynal Ağayevin sədrlik etdiyi kollegiyanın hökmü ilə V.Əliyevə 2 il azadlıqdan məhrumetmə cəzası verilib.

O Cinayəıt Məcəlləsinin 178.2 (külli-miqdarda dələduzluq) maddəsi ilə təqsirli bilinib.
Sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin bacısı oğlu V.Əliyev Bakı şəhəri kiçik özəlləşdirmənin təşkili şöbəsinin rəisi vəzifəsində işləyib. V.Əliyev uzun müddət axtarışda olub və ötən il həbs edilib.

Qeyd edək ki, 2005-ci il oktyabrın 19-u parlament seçkiləri ərəfəsində həbs edilən Fərhad Əliyev və qardaşı, “Azpetrol” Şirkətlər Qrupunun Direktorlar Şurasının sabiq sədri Rafiq Əliyev 25 oktyabr 2007-ci ildə Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin hökmü ilə azadlıqdan məhrum ediliblər.

Saytların yığılması Saytlarin yigilmasi

F.Əliyevə 10 il, qardaşı R.Əliyevə isə 9 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.
4 oktyabr 2013-cü ildə Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı əsasında F.Əliyev və qardaşı azadlığa buraxılıb.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button