2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

“Fərman adamlara pul verir ki, bizdən şikayət etsinlər”- Həbib Axundov

Deputat oğlu mahkəmədə dindirildi: “Elmira Axundova 250 min manatı şantaja görə verib”

“Zərərçəkən Şahin Məhərrəmovu tanımıram. Bizim barəmizdə şikayət verdiyinə görə, telefonla danışıb görüşdüm. Məlum oldu ki, heç Elnur İbrahimova da pul verməyib. Sadəcə Fərman Məmmədov ona üç min manat verib ki, bizimlə bir ol. Onunla ofisdə görüşdüm, video da var. Məndən üç min manat istədi ki, Fərmana borcumu qaytarım, çəndən əl çəksin. Mən də verdim və notarial sənəd aldım ki, heç bir tələbi yoxdir. Amma bir gün sonra notarusda sənədi ləğv etdi, yenidən şikayətə başladı. Sonradan isə hər şeyi olduğu kimi etiraf edi. Videogörüntülərdə hamısı var”.

24saat.org xəbər verir ki, bu sözləri deputat Elmira Axundovanın oğlu Həbib Axundov məhkəmədə deyib.

Proses Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilir. İş üzrə təqsirləndirilən Elnur İbrahimovdur. O dələduzluqda ittiham edilir. İttiham aktına əsasən, təqsirləndirilən E.İbrahimov zərərçəkmişlər – Elvin Vəliyev, Fərman Məmmədov, Sahib Ağayev, Zaur Səfərov, Şahin Məhərrəmov və digərlərini biznes qurmaq adı ilə aldadaraq, ümumilikdə, onların 1 milyon manata yaxın pulunu dələduzluq yolu ilə ələ keçirib.

Saytların yığılması Saytlarin yigilmasi

Bundan başqa, cinayət işində deputat Elmira Axundovanın oğlu Həbib Axundov da zərərçəkmiş qismində tanınır. E.İbrahimovun H.Axundovun 100 min manat pulunu dələduzluq yolu ilə ələ keçirdiyi qeyd edilir. Cinayət işi üzrə zərərçəkmişlərin bir neçəsi pulu E.İbrahimova deyil, H.Axundova verdiklərini bildirirlər.

Mətbuatda yazılan məlumata görə, E.İbrahimovla deputatın oğlu H.Axundov dost olub. H.Axundov isə mediaya aşçıaqlamalarında deyilənləri təkzib edib və bu iş üzrə zərərçəkmiş olduğunu və digər zərərçəkənlər tərəfindən şantaja məruz qaldığını bildirib.

Cinayət işi hakim Rahib Salmanovun sədrlik etdiyi kollegiya tərəfindən araşdırılır.

Avqustun 6-da keçirilən prosesdə zərərçəkmiş Fərman Mmmədovun vəkili Tahir Əlirzayev məhkəmə tərkibinə etiraz edib. Hakim müşavirədən sonra bildirib ki, etiraz əsaslı olmadığı üçün baxılmamış saxlanılır.
Daha sonra zərərçəkən Həbib Axundov dindirilib. O çıxışnda bildirib ki, zərərçəkən şəxslərin çoxunu tanımır və onlar digər zərərçəkən Fərman Məmmədov tərəfindən ələ alınaraq şikayət veriblər. O qeyd edib ki, Şahin Məhhərovla yanaşı Sabir Məmmədov adlı zərərçəkən də eyni şeyi deyərək, onu Fərman Məmmədovun öyrətdiyini bildirib.
“Fərman KİV-də montaj edilmiş video və səs yazıları yayaraq bizi şantaj edir. Anam Elmira Axundova da Fərmana 250 min manatı şantaja görə verib” – deyə Həbib Axundov bildirib.
Fərman Məmmədovun vəkilinin suallarını cavablandıran H.Axundov özünə dəymiş zərəri dəqiq xatırlamadığını bu barədə istintaqa məlumat verdiyini deyib.

Məhkəmə davam etdiriləcək.
Qeyd edək ki, adı mətbuatda tez-tez hallanan Həbib Axundovun lüks həyat tərzi ilə bağlı video sosial şəbəkələrdə böyük rezonansa səbəb olub. Onun adı həm də model Günel Mirzəyevanın ölümündə hallanır.

https://www.facebook.com/24saat.org/videos/1602753086500900/?t=0

 

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button