2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Fətullah Gülən Hakan Şükürün əliylə türk futboluna necə təsir edirmiş -Şok iddia

Son çevriliş cəhdlərindən sonra Türkiyə mediasında gündəm dəyişmir. Çevrilişə cəhddə günahlandırılan Fətullah Gülən və onun tərəfdarlarının ölkənin bütün sahələrinə aid strukturlarında  adamlarının olması və onların  idarəçiliyə təsir etmələrindən danışılır. Bu kimi söhbətlər artıq futbol cameəsinə də sirayət edib.

24saat.org  xəbər verir ki, “Qalatasaray”ın keçmiş futbolçusu Mustafa Kocabəy türk mediasında müsahibəsində gündəmə damğa vuran çıxışlar edib. Onun sözlərinə görə, Fətullah Gülən tərəfdarları futbol üzrə Türkiyə milli komandasına da öz nüfuzunu yeritməyə çalışıblar. Türkiyə Futbol Federasiyasında olan Fətullah Gülən tərəfdarları milli komandanın baş məşqçilərinə işlərində mane olurmuşlar. Bu səbəbdən də ayrı-ayrı dönəmlərdə iki baş məşqçi -Ərsun Yanalla, Abdulla Avcı milli komandadan istefa veriblər. M. Kocabəyin sözlərinə görə, futbol dünyasında Fətullah Gülənə ən yaxın adam məşhur hücumçu Hakan Şükür olub. Ərsun Yanalın da bu səbəbdən millidə ona yer verməməsi federasiyadakı gülənçiləri hiddətləndirib. İş o yerə çatıb ki, Ərsun Yanal baş məşqçi postundan istefa verməli olub.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button