2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
DünyaSiyasət

Fətullah Gülən: Rus səfirinin qatili Ərdoğanı 10 dəfə mühafizə edib

Fətullah Gülən Rusiya səfiri Andrey Karlovun qətlinin rəhbəri olduğu hərəkatla əlaqələndirilməsinə münasibət bildirib.

«Associated Press»in məlumatına görə, Gülən videomüraciət yayaraq ittihamı rədd edib.

Saytların yığılması Saytlarin yigilmasi

«Terrorizmi həmişə qınamışıq. Rusiya səfirinə qarşı bu terror aktını da səmimi şəkildə qınayırıq. Mən də qınayıram. Bu qanlı qatil Türkiyə prezidentini bir neçə dəfə mühafizə edib. Mətbuatın yazdığına görə, on dəfə.
Özünün də dediyinə görə, o, «ən-Nüsrə»dəndir. Açıq görünür ki, bizim hərəkata hər hansı aidiyyəti yoxdur. Bizə nə keçmişdə, nə idi bağlılığı olub», deyə Gülən bildirib.

O, əlavə edib ki, Türkiyə hökuməti bu cür ittihamlarla Gülən hərəkatını qaralamağa çalışır: «Onlar dünyanı buna inandıra bilməyəcəklər».

Gülən hesab edir ki, bu cür olayların yaşanmasının səbəbi Türkiyədə terrorizmə qarşı ixtisaslaşmış ekspertlərin vəzifələrindən uzaqlaşdırılmasıdır.

Qeyd edək ki, səfirin qətlindən dərhal sonra Türkiyə hökuməti sui-qəsdçi Mövlud Mətin Altıntaşın FETÖ-çü olduğunu bildirmiş, bunu prezident Ərdoğan da təsdiqləmişdi.

Azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button