2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Fətullah Gülən Somalidə öldürülən azərbaycanlı qadından yazdı

fetullah-gulenABŞ-ın Pensilvaniya ştatında yaşayan türkiyəli dini lider Fətullah Gülən Somalinin Moqadişo şəhərində baş verən terror aktı zamanı ölənlərə görə başsağlığı mesajı yayıb.

Virtualaz.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, F.Gülən orada çalışan müəllimlərə və şagirdlərə qarşı belə hücum edənləri lənətləyib: “Moqadişo şəhərində məktəbli avtobusuna hücum nəticəsində 5 gözəl dostumuzun həlak olması və aralarında məktəblilərin də olduğu bir çox insanın yaralanmasına səbəb olan terror son vaxtlar baş verən hadisələrdən yaralanmış ürəyimizi bir də yaraladı. Təhsil verərək xalqa xidmət edən müəllimlər və şagirdlərə qarşı bu və buna bənzər bütün hücumları lənətləyirəm. Müəllim qardaş-bacılarım Xıdır Çalka və Kamiliya İsmayılova ilə yanaşı somalili İsa Hacı, Əmir Ömər Səlim və Məhəmməd Əhməd Araləyə rəhmət diləyirəm.

Onların ana-ataları, həyat yoldaşları, uşaqları və digər yaxınları başda olmaqla bütün əzizlərinə səbr, yaralılara isə şəfa diləyirəm. Bundan başqa bu bədbəxt hadisədə vətəndaşlarını itirən Türkiyə, Azərbaycan və Somali xalqına da baş sağlığı diləyirəm”

Saytların yığılması Saytlarin yigilmasi

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button