2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Facebokda aktiv olan azərbaycanlılar, DİQQƏT: bunlar erməni profilləridir

facebookAzərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası gəncləri, vətəndaşları düşmən tərəfindən aparılan informasiya müharibəsinə cavab verməyə çağırır. Bu barədə Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“Ermənilər tərəfindən #Karabakh, #KarabakhNow, #NKpeace teqləri altında facebook və twitter sosial şəbəkələrində aparılan qaralama kampaniyasını dayandıraq! Bildiyiniz bütün xarici dillərdə mətnlər hazırlayın, rəsmi mənbələrdən şəkillər, videoları əlavə edin. Dünya ictimaiyyətinə çatdırmaq məqsədi ilə #Karabakh, #KarabakhNow, #Nkpeace, #Nayora teqlərini mətnə əlavə edin. Facebook və twitter sosial şəbəkələrində paylaşın, azərbaycanlılar və Azərbaycanın dostları tərəfindən sosial şəbəkələrdə yerləşdirilən məlumatları bəyənin, paylaşın, retvit edin” – deyə məlumatda bildirilib.
Qeyd olunub ki, məlumatların doğruluğuna əmin olduqdan sonra paylaşın, etibar olunan mənbələrdən istifadə edin: “Azərbaycan Ordusunun dislokassiyası, rəsmi olaraq Müdafiə Nazirliyi tərəfindən açıqlanmayan hərbi məlumatları paylaşmayın”./apa/

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button