Now Reading:
Facebook istifadəçilərinin məlumatlarını daha ciddi qoruyacaq

Facebook istifadəçilərinin məlumatlarını daha ciddi qoruyacaq

“Facebook” şirkəti “Facebook Messenger” ani yazışma proqramında “gizli çat” xidmətinin sınaqlarına start verib. ANS PRESS-in məlumatına görə, “gizli çat” xidməti istifadəçilərə yazışmaların birbaşa (end-to-end) şifrelenmesini təklif edir. Bu o deməkdir ki, bir qurğudan başlanılan yazışma digər qurğuda əlçatan olmayacaq.

Məsələm əgər siz dostunuza mobil telefon vasitəsi ilə mesaj yazmısınızsa həmin mesajı kompyuterdən oxumaq mümkün olmayacaq.

Oxşar iş prosesi “Telegram” mesencerində tətbiq olunur. Bundan əlavə “Facebook”a məxsus WhatsApp proqramında bu cür şifrələnmə artıq 2016-cı ilin aprelindən istifadəyə verilib.

Whatsapp-da mesajların şifrələnməsi haqda xəbərdarlıq

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.