Now Reading:
Facebook Messencer-də M işə düşdü

Facebook Messencer-də M işə düşdü

Facebook  sosial şəbəkəsi Feysbuk Messencer tətbiqində “M” rəqəmli köməkçisini istifadəyə verib.
“M” köməkçisi süni intellekt elementlərindən istifadə edir və danışığın məzmunundan asılı olaraq çatda ünsiyyət aparan həmsöhbətlərə müxtəlif əməliyyatlar təklif edə bilər. Məsələn, istifadəçilər gələcək görüş barəsində müzakirələr apardığı halda messencer xəritədə görüş yerini və vaxtı təyin etməklə həmsöhbətlərdən birinə plan təklif edəcək. Bundan başqa, rəqəmli köməkçi stikerlər göndərməyi, pul köçürməyi, olduğun məkanı paylaşmağı, “Lyft” və ya “Uber” xidmətləri üzərindən taksi sifariş etməyi, həmçinin səsvermə funksiyasını (bu funksiya qrup çatlarında əlçatandır) işə salmağı təklif edə bilər.

Rəqəmli köməkçi, həmçinin öyrənmək qabiliyyətinə malikdir. Bundan başqa, mobil qurğunun sahibi messencerin sazlamalarında “M” rəqəmli köməkçisini həmişəlik deaktiv edə bilər.
Hazırda “M” köməkçisi ABŞ-da “Facebook Messenger” mobil tətbiqinin “iOS” və “Android” istifadəçilərinə əlçatandır, amma müəyyən vaxtdan sonra “M” rəqəmli köməkçisinin imkanları genişləndiriləcək və başqa ölkələrdə də əlçatan olacaq. (ICTnews)

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.