2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Texnologiya

Facebook Messenger-ə avtomatik silinən mesajlar funksiyası əlavə edilib

    Meta şirkəti özünün Messenger tətbiqini yeniləyib. Beləliklə Messenger yeni funksiyalar əldə edib. Əldə edilmiş yeni funksiyalar siyahısında istifadəçilər arasında hesabların bölünməsi, mesajların avtomatik silinməsi və səsli mesajların daha rahat şəkildə idarəsi var. Messenger-ə əlavə edilmiş yeni funksiyalar tətbiqin artıq Android iOS versiyalarında aktivdir. İstifadəçilər arasında hesabların bölünməsi funksiyası hal hazırda yalnız ABŞ istifadəçiləri üçün istifadəyə verilib. Onu qrup çatlarında istifadə etmək olar. Bu funksiya vasitəsilə istifadəçilər restoranda verilən ümumi hesabı öz aralarında bölüşdürə bilərlər. Bundna əlavə olaraq istifadəçilər konkret şəxslərin nə qədər ödəniş edəcəklərini də təyin edə bilərlər.

Saytların yığılması Saytlarin yigilmasi

    Sözügedən funksiya istifadəçilərə ödəniş rekvizitlərinin messencerə inteqrasiyası imkanını verir. Nəticədə Messenger üzərində ödənişlərin köçürülməsi sürətlə reallaşdırılır. Bütün Messenger istifadəçiləri avtomatik silinən mesajlar funksiyasını əldə ediblər. Bu funksiyanın aktivləşdirilməsi üçün sadəcə olaraq hansısa çata daxil olub çat səhifəsini yuxarı sürüşdürmək lazımdır. Bu rejim çərçivəsində göndərilən istənilən mesaj (GIF və stikerlər də daxil olmaqla) mesajı qəbul edən şəxsin ona baxmasından sonra avtomatik olaraq silinir.

    Adi mesajlaşma rejiminə geri qayıtmaq üçün isə çat səhifəsini təkrar olaraq yuxarı sürüşdürmək lazımdır. Bundan əlavə olaraq səsli mesajlar funksiyasına yeni imkanlar da əlavə edilib. Belə ki, bundan sonra səsli mesajları yazan zaman istifadəçi öz istəyinə uyğun olaraq yazını dayandıra (pause) və ya davam etdirə biləcək. Bundan əlavə olaraq səsli mesajı göndərməmişdən öncə ona qulaq asmaq imkanı da olacaq. Onu da qeyd etmək lazımdır ki, səsli mesajların davamlılıq limiti 30 dəqiqəyə yüksəldilib.

24 saat” “Facebook Messenger-ə avtomatik silinən mesajlar funksiyası əlavə edilib” başlıqlı yazını “technote”-yə istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button