2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Facebook “pəncərəsini” açıb bir-iki ağız qışqırmaq…

Zümrüd Yağmur

Hər zaman olduğu kimi oldu. Nə az, nə çox… Bütün gedişlər eyni, 3 gün yazdıq, pozduq, etiraz etdik, qanunsuz olduğunu qeyd etdik, “yanındayıq, darıxıma, yaxşı olar inşallah” dedik, oldu bitdi…
Bütün vəzifələri, bundan sonra olacaqları Allahın üzərinə qoyub kənara çəkildik.
Eynən indi bütün siyasi məhbuslar həbs olunanda etdiyimiz kimi… Mehman Qələndərli intihar edəndə də belə yazdıq, pozduq…
Sonra Gözəl Bayramlı həbs olundu, Əfqan Muxtarlı oğurlandı…
***
Bəzən mənə elə gəlir ki, biz sürətlə gəlib keçən qatarın sərnişinləri kimiyik… Hər şeyə də bu sürətin tərkib hissəsi kimi reaksiya verib eyni şürətlə də unuduruq.
Dostlar, axı bir müddət bundan əvvəl Yalçın İmanov vəkillikdən uzaqlaşdırıldı. Hamımız yazdıq, qanunsuzluqda ittiham etdik Vəkillər Kollegiyasını… Cəsarətli olanlarımız da irəli gedib hakimiyyəti lənətlədi..
Eeee, sonra nə oldu?
“İnşallah, yaxşı olar, darıxma” deyib adamı öz problemləri, işsizliyi ilə başbaşa buraxdıq. Bir azdan eyni şəkildə vəkillərdən Fəxrəddin Mehdiyev, Nemət Kərimli, Aqil Layıcov və Əsabəli Müstafayevi də kollegiyadan çıxaracaqlar, eyni şəkildə qanunsuzluqlar baş verəcək…
Onlar eyni etdiyi kimi, biz də eyni edəcəyik…
Yenə eyni kampaniya və lənətləmə…
Bitdi..
Axi bu insanlar, öz əməlinə və ya bacarıqsızlığına görə sevdiyi işdən məhrum edilmirlər. İnanın ki, Yalçın İmanov və digər “cəzalandırılmağa” namizəd vəkillər istəsəydilər, öz bacarıqları ilə dəllallığın baş alıb getdiyi bir ölkədə öz peşələrindən çox yaxşı pul qazanıb istədikləri həyat şərtlərini də təmin edə bilərdilər. Bu vəkillər bir çox həmkarları kimi bu yolu deyil, ədalətin yolunu seçdilər.
Bizsə onları tək buraxdıq.
Yeni mərhələnin ilk qurbanı Yalçın İmanov oldu və biz onu çox asanlıqla qurbanlıq etdiyimiz kimi, digər vəkillərin də necə deyərlər, yeddi başlı əjdahaya qurban gedəcəyi günü gözləyirik ki, kompüterin arxasına keçib odlu-alovlu statuslar yazıb paylaşaq.
Beləcə, Facebookun “pəncərəsini açıb” bir ağız qışqırıb işimizi bitmiş hesab edək.
İllərdi ki, eyni hal baş verir. Eyni kampaniya xarakterli işlər, səs-küylər…
Biz sistemli və ardıcıl iş apara bilmədiyimizdən bu işi iqtidar edir. Onlar düz 25 ildir ki, bizim edə bilmədiyimizi edir, sistemli şəkildə bu ölkəni məhv etməklə, bütün dəyərləri cürütməklə məşğuldurlar.
Bizim üçünsə hər şey iki-üç günlük kampaniyanın tərkib hissəsidir, vəssalam…
Yalçın İmanova dəstək kampaniyası bitdi, vicdanımız sakitdir, edə bildiyimizi etdik, yazdıq, telefon edib “səninləyik” dedik.
Amma bu gün heç birimiz onunla deyilik. Onun yaşadıqlarını, hiss etdiklərini də bilmirik.
Sabah illərini vəkilliklə keçirən Fəxrəddin Mehdiyevin, Əsabəli Mustafayevin də nələr hiss edə biləcəyini bilməyəcəyik.
Nemət Kərimlinin, Aqil Layıcovun hələ cavankən sevdiyi peşədən ayrı düşməsinin yaşadacağı pərişanlığı öz canımızda hiss etməyəcəyik.
Sadəcə, bir -iki yazı, bir telefon zəngi…
Biz doğrudanmı bu qədərik?

Saytların yığılması Saytlarin yigilmasi

Yazı müəllifin Facebook səhifəsindən götürülüb

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button