2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ManşetXəbərlər

“Facebook “ və “Google” Azərbaycanda nəzarətə götürülüb?

“Facebook” korporosiyası Azərbaycanda pul ödəmədən CDN (Content Delivery Network – məzmun çatdırılma şəbəkəsi) keş serverlərini quraşdırıb.

Məlumata görə, bu, “Facebook”la Azərbaycanı beynəlxalq İnternet şəbəkəsinə bağlayan milli magistral (backbone) İnternet operatoru “Azertelecom” MMC arasında bağlanan müqavilə əsasında baş tutub. Müqaviləyə görə, Facebook CDN keş serverlərinin “Azertelecom” MMC-nin Data mərkəzində quraşdırılıb və artıq istifadəyə verilib.

Hökumətə yaxın şəxslər hesab edirlər ki, “Facebook” şirkətinin CDN keş serverlərinin quraşdırılması ölkədə yerli Facebook istifadəçiləri üçün geniş imkanlar açır. Bu serverlərin “Azertelecom”un Data mərkəzində yerləşdirilməsi ilk növbədə sosial şəbəkənin istifadəçilərinə Facebook kontentinə daha qısa zaman ərzində qoşulmaq və tələb olunan kontenti daha asan və sürətli şəkildə yükləmək imkanı yaradır.

Saytların yığılması Saytlarin yigilmasi

Lakin bundan narahat olanlar da var. Bəzi ekspertlər şübhələnir ki, bu, hökumətin “Facebook”a nəzarət planı ilə bağlı ola bilər. Bu şübhənin əsaslı olub-olmadığı barədə fikir yürütmək çətindir. Amma “Facebook”un çoxdandır Azərbaycan hakimiyyəti üçün başağrısına çevrildiyi faktdır. Hətta hökumət düşərgəsindən “Facebook”un qadağan edilməsi, şəbəkəyə girişin şəxsiyyət vəsiqəsiylə reallaşması kimi ağılagəlməz tətbiqlər barədə çağırışlar da olub.

Yerigəlmişkən qeyd edək ki, “Google” şirkəti də Azərbaycanda pulsuz serverlərinin sayını artırır. Bu şirkətinin serverləri isə Delta Telecomun Data Mərkəzində yerləşir. Bu məsələ ilə bağlı da eyni narahatlıq var.

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button