2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Facebook və Google-dan 100 milyon oğurlayan tutuldu

Transmilli IT-korporasiyaları Google və Facebook 100 mln. dollarlıq fırıldağın qurbanı olduqlarını etiraf ediblər. ABŞ Ədliyyə Nazirliyinin məlumatına görə, hücumun arxasında 48 yaşlı Litva vətəndaşı Evaldas Rimasauskas dayanır. Bu ilin mart ayında ona qarşı fırıldaqcılıq ittihamı irəli sürülüb.

Ədliyyə Nazirliyindən bildirilib ki, litvalı 2013-cü ildən 2015-ci ilə qədər özünü proqrm təminatı istehsal edən asiyalı iş adamı kimi təqdim edib. Bunun əvəzində hesabları və əlaqə vasitələrini saxtalaşdıraraq məlumatları fişinq yolu ilə əldə edib.

Saytların yığılması Saytlarin yigilmasi

Fişinq – istifadəçinin login və parolunu əldə etməyə yönələn internet firildaqçılığının geniş yayılmış üsullarından biridir.

“Şirkətlərin əməkdaşlarına saxta elektron məktublar göndərilib və bu da “Asiya şirkətinin” hesabına milyonlarla dollar pulun köçürülməsinə səbəb olub”, – deyə nazirliyin məlumatında bildirilir.

Google-nin yaydığı açıqlamada deyilir ki, məsələnin üstü açılandan sonra şirkət itirdiyi pulları qaytara bilib. Facebook da itirilən vəsaitin böyük hissəsinin qaytarıb və indi istintaqla əməkdaşlıq edir.

Fizzə

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button