2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

“Facebook”da ən çox təqib edilən liderlər

faceİctimaiyyətlə əlaqələr firması olan “Burson-Marsteller” tərəfindən nəşr edilən bir hesabata görə, “Facebook”da ən çox təqibçisi olan ölkə lideri Hindistanın Baş naziri Narendra Mondidir. Modinin “Facebook”da təxminən 40 milyon təqibçisi var. 1 milyard 200 milyon əhalisi olan bir ölkə üçün bu rəqəm, əslində, sürpriz deyil. Araşdırma çərçivəsində hökumət və dövlət başçıları ilə Xarici işlər nazirlərinə aid 590 “Facebook” hesabı araşdırılıb.
ABŞ prezidenti Donald Trampın “Facebook”dakı izləyicilərinin sayı 20 milyondan artıqdır. Trampın “Twitter”dəki xüsusi hesabını isə təxminən 27 milyon adam təqib edir. Keçmiş prezident Barak Obama yarışda olmasa da, onun hələ təxminən 54 milyon təqibçisi var. Bu rəqəm onu hazırda vəzifədə olan bütün dünya liderlərindən irəli çıxarır.
İordaniya Kralı II. Abdullahın həyat yoldaşı Kraliça Ranianın 10 milyondan çox təqibçisi var. Bu rəqəm İordaniya əhalisinin sayını belə keçir. Müşahidələrə görə, kraliça Ərəb müsəlman qadınlarının qərbli imicini təmsil etdiyi üçün, qərb mediasının da böyük marağını çəkir.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın təxminən 9 milyon təqibçisi var. Keçən il Ərdoğanın “Facebook” hesabı Obama və Modidən sonra üçüncü sırada yer alırdı.

azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button