2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

“Facebook”da yayılan video Bakı polisini hərəkətə gətirdi: həbs olunanlar var – VİDEO

Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) əməkdaşları sosial şəbəkələrdə müştərilərə əxlaqsız təkliflər edərək onları sauna və kafelərə dəvət edən və həmin obyektlərdə hədə-qorxu gələrək pul və qiymətli əşyalarını tələb edən şəxslərə qarşı xüsusi əməliyyat keçirib.

Paytaxtın Nəsimi və Səbail rayonlarında yerləşən “Malibu”, “Night”, Xətai rayonu Babək prospektində və Binəqədi rayonunda yerləşən bu tipli obyektlərdə keçirilən əməliyyat zamanı 10-a yaxın şəxs saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, həmin obyektlərdə olan qadınlar sosial şəbəkələrdə qeydiyyatdan keçərək kişilərlə tanış olub və onları əxlaqsız təkliflərlə oturduqları məkanlara dəvət ediblər.

Ora gələn müştərilərə isə müxtəlif spirtli və ya spirtsiz içkilər baha qiymətə satılıb (bir stəkanı 120-300 manata) . Hesabdan narazı olan müştərilər isə obyektdəki şəxslər tərəfindən hədələnib, onların pul və qiymətli əşyaları ələ keçirilib. Faktla bağlı saxlanılan şəxslərə qarşı Cinayət Məcəlləsinin 182-ci (Hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. (report)

Qeyd edək ki, “facebook”da bir müddət bundan öncə bu məsələ ilə bağlı vətəndaşlardan biri video paylaşmışdı. bu video böyük səs-küyə səbəb olmuşdu:

Saytların yığılması Saytlarin yigilmasi

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button