Loading...
Loading...
ManşetXəbərlər

“Facebook”dan Mirşahinə ağır zərbə – RUSİYA İZİ

Televiziyasının səhifəsi bloklandı

Az24saat.org saytı xəbər verir ki, 17 Yanvar 2019-cu il tarixində “Facebook” və “İnstagram” sosial şəbəkələrində koordinasiyalı qeyri-qanuni davranışlar edən çoxsaylı səhifələr, qruplar və hesablar silinib. 

“Biz bu fəaliyyət növünü aşkar etmək və dayandırmaq üçün daim çalışırıq, çünki xidmətlərin insanları manipulyasiya etmək üçün istifadə edilməsini istəmirik. 

Bu səhifə və hesabları, yayımladıqları materiallara görə deyil, davranışlarına əsasən seçirik. Bu fəaliyyətin arxasında dayanan insanlar bir-biri ilə əlaqələndirilmiş şəxslər olub.

Onlar kimliklərini təhrif etmək üçün saxta hesablardan istifadə edərək bizim fəaliyyətimizin ziddinə gediblər.”

“Facebook” rəsmən bəyan edib ki, silinən səhifə, qrup və hesablar Rusiya və bir neçə başqa ölkədə koordinasiyalı şəkildə fəaliyyət göstərib.

Şirkətin verdiyi məlumatadan məlum olub ki, qapadılan səhifələrin əsas hədəfi əsasən UkraynaNATO əleyhinə oub. Həmin səhifələrdə Rusiyanın maraq dairəsinə daxil olan digər ölkələr də hədəf götürülüb.

“Facebook”un kibercinayətkarlıqla mübarizə departamentinin rəhbəri   Nathaniel Gleicher  məsələ ilə bağlı bunları yazıb:

“Bu gün biz başda Rusiya olmaqla Baltikyani, Orta Asiya, Qafqaz və Orta və Şərqi Avropa ölkələrində fəaliyyət göstərən şəbəkənin bir hissəsini qapatdıq.

Bununla da koordinasiyalı və əsassız davranışlarla məşğul olan 364 Facebook səhifəsini və hesablarını bağladıq. 

Əsas hədəfi Latın Amerikası, Latviya, Estoniya, Litva, Ermənistan, Azərbaycan, Gürcüstan, Tacikistan, Özbəkistan, Qazaxıstan, kimi ölkələr olan şəbəkənin mənsubları idman, iqtisadiyyat, siyasət, hava proqnozu və. kimi xəbərlər yayan özünü “müstəqil” adlandıran səhifələr idi.

Kimliklərinin gizlədilməsinə baxmayaraq, bu səhifə və hesabların Moskvada yerləşən xəbər agentliyi olan “Sputnik” əməkdaşları ilə əlaqəli olduğunu təsbit edə bildik.

Anti-Nato çağırışlar və davranışlar edən 289 səhifə və 75 hesab, o cümlədən Amerika qanunlarını pozaraq Ukraynanın əleyhinə təbliğat aparan 107 səhifə, 77 hesab, 4 qrup və 41 İnstagram hesabı qapadılıb.”

“Facebook” elan edib ki, bundan sonra da bu səpkili fəaliyyətini davam etdirəcək.

Məlumat üçün bildirək ki, azeuronews.com saytı xəbər yayıb ki, Azərbaycandan qapadılan səhifə Mirşahin Ağayevə məxsus “Real TV”-in “Facebook” səhifəsidır.

Səhifənin Rusiyaya xidmət edən gizli təşkilatla əlaqədar bloklanması xəbərinin üzərindən 1 sutkadan artıq vaxt keçməsinə baxmayaraq, telekanalın rəsmi saytında məsələ ilə bağlı hansısa açıqlamaya yer verilməyib.

fb.com/tvreal.az
Gözdən qaçırmayın:  “Rusiya yerli əhalidən “CANLI SİPƏR” kimi istifadə edir" - RƏSMİ AÇIQLAMA

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button