2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

“Facebook”un qurucusu məhkəməyə verildi – Holokostun inkarına görə

Almaniya hakimiyyəti “Facebook” sosial şəbəkəsinin qurucusu Mark Zukerberqə, həmçinin bu şirkətin top-menecerlərinə qarşı millətlərarası ədavətin qızışdırılması ittihamı üzrə cinayət işi açıb.

Virtualaz.org “Gazeta.ru”ya istinadən bildirir ki, Almaniyanın “Spiegel Online” nəşrinin yazdığına görə, Zukerberqdən savayı, siyahıda “Facebook”un icraçı direktoru Şeril Sebdberqin, Avropada şirkətin maraqlarını təmsil edən Riçard Allenin və onun Berlindəki həmkarı Yeva-Mariya Kirşziperin də adları var.

Cinayət işinin açılmasına səbəb Vürtsburq şəhərində yaşayan vəkilin şirkətə qarşı iddiası olub. Vəkilin bildirdiyinə görə, sosial şəbəkə istifadəçilərinin qətlə, zorakılığa, holokostun inkarına və digər hüquq pozuntularına çağırışlarına rəğmən, şirkətin rəhbərliyi buna qarşı heç bir tədbir görmür.

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button