2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
GündəmSiyasət

Faiq Əmirli ev dustaqlığına buraxılmadı – VİDEO

Məhkəmə icraçısı deyir ki, Nəsimi Rayon Məhkəməsi bazardı…

Bu gün Nəsimi Rayon Məhkəməsində “Azadlıq” qəzetinin yayım direktoru Faiq Əmirlinin barəsində həbs-qətimkan tədbirinin dəyişdirilib, ev dustaqlığı ilə əvəz olunmasına dair vəkili Aqil Layıcovun vəsatətinə baxılıb. Faiq Əmirlinin özünün də iştirak etdiyi məhkəmə prosesi qapalı keçirilib.

Saytların yığılması Saytlarin yigilmasi

Vəkil Aqil Layıcov “Azadlıq.info”ya açıqlamasında bildirib ki, məhkəmədə Faiq Əmirlinin sağlıq durumu ilə əlaqədar həbsdən buraxılmasının zəruriliyi, onun təcili müalicəyə ehtiyacı olması ilə bağlı çoxsaylı arqumentləri məhkəmənin nəzərinə çatdırıb, vəsatəti əsaslandırıb. Qarşı tərəf – prokurorluğun nümayəndəsi isə heç bit əsaslandırma olmadan vəsatətin əleyhinə çıxıb.

Vəkil deyir ki, hakim səsləndirilən arqumentlərin heç birini nəzərə almayıb. Prokurorluğun nümayəndəsi heç bir əsaslandırma olmadan “vəsatət təmin olunmasın” deyib, hakim də bu təklifə uyğun qərar çıxarıb: “Gərək həbs-qətimkan tədbirinin dəyişdirilməsi üçün bundan sonra məhkəməyə yox, prokurorluğa müraciət edək. Çünki bu tip işlərdə qərarı onlar verir. Necə ki, bu gün

Biz bir Quranlıq söz danışdıq, prokurorluğun nümayəndəsi isə bir kəlmə “vəsatət təmin olunmasın” dedi, onun istəyi də yerinə yetirildi”.

Məhkəmə iclasında Faiq Əmirli özü də sağlıq durumundan danışıb. Bildirib ki, ciddi mədə xəstəliyindən əziyyət çəkir. Amma təcridxanada nə müalicə olunur, nə də mədə xəstəliyi üçün çox vacib olan qida qəbul edə bilir. O, qeyd edib ki, durumunun ağırlaşmasının əsas səbəbi də normal qidalana bilməməsidi: “Təcridxanada verilən yeməklər keyfiyyətsizdir. Evdən isə mədəsi problemli adamlar üçün zəruri olan gündəlik duru yeməklər gətirmək olmur, yeməkləri qızdırmağa şərait yoxdu”.

Bütün bu deyilənlərə baxmayaraq, məhkəmə vəsatəti təmin etməyib.

Aqil Layıcov “Azadlıq”a onu da bildirib ki, Nəsimi Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti veriləcək.

Həyat yoldaşı Lalə Əmirli də bildirib ki, təcridxanada Faiqə lazımi tibbi yardım göstərilmir: “Bu adam günlərlə qida qəbul edə bilmir. Gəlib Ultrasəs müayinəsindən keçiriblər, deyiblər ki, ödündə qalınlaşma gedir. Vəssalam. Heç bir dava-dərman yoxdu”.

Nəsimi Rayon Məhkəməsi bazar imiş…

Faiq Əmirlinin işi üzrə bugünkü məhkəmə prosesi həm də Nəsimi Rayon Məhkəməsinin əməkdaşlarının, daha dəqiq desək, Nəsimi rayon İcra Şöbəsinin bəzi əməkdaşlarının kobudluğu, tərbiyəsizliyi ilə yadda qalıb. Məhkəmə icraçıları prosesi izləməyə gələnləri, o cümlədən media nümayəndələrini nəinki məhkəmənin binasına, hətta həyətinə də buraxmayıblar. Əvvəlcə adamlar məhkəmənin qarşısında, yağış yağdığından binanın üstüörtülü pilləkənlərində dayanıblar. Məhkəmə icraçıları gəlib adamları belə bir ağlasığmaz bəhanə ilə oradan uzaqlaşdırıblar: “Siz burada toplaşıb dayanmısız, ona görə adamlar gəlmir”.

Xüsusi kobudluğu ilə seçilən, özünü icra şöbəsinin rəhbəri kimi təqdim edən nisbətən yaşlı birisinin bu bəhanəsi qarşısında jurnalistlər ondan “məgər bura bazardı ki, adamlar burada toplaşanları görüb gəlməsinlər?” deyə soruşub. O da “bəli, bazardı” cavabını verib.

Faiq Əmirli ötən il avqustun 20-də həbs olunub. O, Cinayət Məcəlləsinin 168.1-ci (Dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) və 283.2.2-ci (Milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham olunur. İstintaq orqanı onu Fətullah Gülənin tərəfdarlarının «Hizmet» hərəkatının imamı kimi təqdim edib.

Yerli və beynəlxalq ictimaiyyət, insan haqları təşkilatları isə Faiq Əmirlinin həbsini siyasi sifariş sayır, hakimiyyətin bununla “Azadlıq” qəzetini sıradan çıxarmağa çalışdığını bildirir.

Faiq Əmirlinin həbsindən az sonra “Azadlıq» qəzetinin çapı da dayanıb.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button