2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

Faiq Əmirlinin həbsindən 1 il ötdü

Təəssüflər olsun ki, bu ölkədə sevindirici hadisələrin yaşandığı günləri qeyd etmək mümkünsüz olub. Ölkəni elə vəziyyətə saldılar ki, ancaq neqativ hadisələrin yaşını qeyd edirik. Ya hansısa rayonun işğal tarixini, ya hansısa ictimai-siyasi fəalın həbs olunduğu günü, ya da hansısa faciəli hadisənin anım gününü qeyd edirik.
Əlbəttə ki, bu sıralamada şərlənərək həbs olunanlar ön sırada gedir. Bugün “Azadlıq” qəzetinin maliyyə direktoru, AXCP sədrinin köməkçisi Faiq Əmirlinin həbsindən 1 il ötür. Bəli, Faiq Əmirlini “gülənçi” adıyla həbs etdilər, vergidən yayınan adıyla hökm oxudular. Məhkəmə nə Gülənin izinə düşə bildi, nə də vergidən yayınmanın sübutunu tapdı. Faiq Əmirlinin məhkəmə prosesləri ən maraqlı tamaşa üçün ssenari ola bilər. Milyardların oğurlandığı ölkədə, qəpiklərin arxasınca düşən məhkəmənin şahidi olduq. Korrupsionerlərin varlığına göz yuman prokurorluq, “Azadlıq” qəzetində başsağlığı vermiş adamları axtarırdı. Sanki, büdcənin bu qədər qısır vəziyyətə düşməsinin səbəbi 2 manatlıq başsağlının vergidən yayındırılması imiş
Əlbəttə, dünya və ölkə ictimaiyyəti əmin oldu ki, Faiq Əmirlinin həbsi şər kampaniyasının davamıdır. Ona görə də Faiq Əmirli siyasi məhbuslar sırasına daxil edildi. Tezliklə, Avropa məhkəməsi də hökumətin rüsvayçı əməlini rəsmi şəkildə ortaya qoyacaq. Nə etmək olar, bizim hökumətimiz günahsız adamları şərləmək üzrə ixtisaslaşıb. Amma bu “ixtisas” ın perspektivi yoxdur. Faiq Əmirli zindan ömrünün 1 ilini arxada qoydu. İnanırıq ki, tezliklə azadlığa çıxacaq və şərəfli mübarizəsini davam etdirəcək.
Faiq Əmirliyə hökm oxuyan hakimə, həbs cəzası istəyən prokurora, bu həbsi sifariş verənlərə cəmiyyətin münasibəti aydın görünür. Və bu münasibət təsdiqləyir ki, Faiqlər istənilən halda qalibdirlər.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button