2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Faiq Əmirlinin işi məhkəməyə göndərildi

“Azadliq” qəzetinin direktoru Səbail rayon məhkəməsində mühakimə olunacaq

“Azadlıq” qəzetinin direktoru, AXCP sədri Əli Kərimlinin köməkçisi Faiq Əmirlinin işi üzrə istintaq yekunlaşdırılıb, məhkəməyə göndərilib. Bu barədə azadliq.info-ya vəkil Fəxrəddin Mehdiyev məlumat verib. Vəkilin bildirdiyinə görə iş Səbail rayon məhkəməsinə göndərilib. Faiq Əmirli yekun olaraq Cinayət Məcəlləsinin 213.1 (Xeyli miqdarda vergiləri və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma) və 283.1 (Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə, o cümlədən kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə) maddələri ilə ittiham olunur.
Onun barəsində 2016-cı ilin avqustun 20-də həbs qətimkan tədbiri isə Cinayət məcəlləsinin 168.1( Dini məzhəbləri yaymaq və dini ayinlərin icrası adı altında fəaliyyət göstərən və bu fəaliyyətlə ictimai asayişi pozan, yaxud vətəndaşların sağlamlığına zərər vuran və ya formasından asılı olmayaraq vətəndaşların hüquqlarını pozan, habelə vətəndaşların qanunla müəyyən edilmiş vəzifələrini yerinə yetirməkdən yayındıran qrup təşkil etmə, ona rəhbərlik etmə və ya belə qrupda iştirak etmə) maddəsi əsasında seçilmişdi. Bir neçə dəfə həbs qətimkan tədbiri bu maddəyə görə uzadılıb.

Saytların yığılması Saytlarin yigilmasi

Faiq Əmirli nə əvvəlki, nə də sonrakı maddələr üzrə özünü təqsirli hesab etmir.

azadliq.info

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button